İnsanlara hürriyət, millətlərə istiqlal!

“QULaq”ın quldura çevirdiyi insanlar - qadınları və uşaqları öldürüb, doğrayıblar

1633 09.07.2026 21:17 Yaxın tarix A A

II dünya müharibəsi bitikdən sonra Yamal çətin günlər yaşayıb. Həmin dövrdə hakimiyyət orqanları 501-ci dəmir yolunun tikintisinə başlayıb. Əsas işçi qüvvəsi xüsusi düşərgələrdə, ağır şəraitdə yaşayan “QULaq” məhbuslarından ibarət olub. Nəticə etibarilə, bu dövrdə silahlı qrupların qaçışlarının sayı xeyli artıb.

1948-ci ilin iyul ayında Vorkuta islah-əmək düşərgəsinin prokuroru A. Moiseyenko SSRİ prokurorluğunun həbs yerlərinə nəzarət şöbəsinin rəisi V. Dyakonova xüsusi hesabat göndərib. Orada bildirilib ki, 18 iyun tarixində mühafizəçilərin diqqətsizliyindən istifadə edən 33 cinayətkar mühafizəçilərə hücum edərək iki döyüş tüfəngi və sursatı oğurlayıb. Ərzaq anbarını talan etdikdən sonra təkrar cinayətkarlar Ural dağlarına doğru irəliləyiblər. İki atıcı və iki mühafizəçi yolda bağlanaraq öldürülüb.

2f7b4bcb-639a-48e0-9863-0f87d44f14d9.jpeg (53 KB)

Qaçış yerindən 5-7 kilometr aralıda məhbuslar ayrılmaq qərarına gəliblər. Dəstənin lideri Lixaçev tüfəng, balta və bıçaqla 14 nəfəri özü ilə götürüb. Dəstənin qalan hissəsi fərqli bir yol seçib və tezliklə Ob düşərgəsinin mühafizəçiləri tərəfindən tutulub.

İyunun 21-də qalan quldurlar dağlarda gizləniblər. Onlardan ikisi şimal maralı çobanlarının düşərgəsini olduğu ərazini kəşf etməyə gedib. Həmin gün Labıtnangi kəndi yaxınlığındakı tundrada yaşayan Terentyev ailəsinə ilk hücum edilib. Komi-Zıryanlar quldur kəşfiyyatçılarını saxlayıb sonradan hakimiyyətə təslim olmaq üçün bağlaya biliblər. Lakin onlar silahlı dəstənin qarşısında dayandıqlarından xəbərsiz olublar.

e440a390-6aba-4b93-9306-10d16d40082d.jpeg (215 KB)

Qəzəblənən cinayətkarlar düşərgəyə hücum edərək bütün sakinləri vəhşicəsinə qətlə yetiriblər. Terentyev ailəsindən ən azı 10 böyük və 13 uşaq həlak olub. Onlar güllələnib və baltalarla doğranıb. Bundan sonra məhbuslar daha iki çadırı dağıdıblar. Xantılar gecəni Malı-Xanmey çayının yaxınlığında düşərgə salıblar. Cinayətkarlar gecə onların çadırına da hücum ediblər. İtlər basqınçıların yaxınlaşdığını hiss edərək hürməyə başlayıblar. Canilər itləri dərhal tüfənglə vurublar və insanlara hücum ediblər. Onlar qızları doğrayıb güllələyıblər və hər cür işgəncə verməyə başlayıblar. Hamilə qadınların bədənləri doğranıb, dölləri isə qarmaqlardan asılıb. Üç ailə - Paldinlər, Saynaxovlar və Nevalar məhv edilib.

Hadisədən sonra quldurlar ərzaq və ov tüfəngləri götürüb dağlardan qərbə doğru hərəkət ediblər. Yolda məhbuslardan biri Vişnyakov yorulub və huşunu itirib və “yoldaşları” onu iki güllə ilə öldürüb yollarına davam ediblər. Bir müddət sonra dəstə yenidən parçalanıb: 29 iyunda Vorkutlaq əməliyyat qrupu tərəfindən üç nəfər saxlanılıb, daha üç nəfər isə Peçora dəmir yolunun 54-cü kilometrliyində Peçerstroy qüvvələri tərəfindən ələ keçirilib. Saxlanılanlar digər quldurların planlarını açıqlayıblar, bundan sonra Vorkutlaq əməliyyat qrupu onları tutmaq üçün hərəkətə keçib. 2 iyulda həbs cəhdi zamanı yeddi nəfər öldürülüb.

ff4d505b-be68-47bc-8781-e1f79ad2887e.jpeg (57 KB)

Rəsmi məlumata görə, quldurlar yerli nenets əhalisinin 42 nəfərini (yeddi kişi, 15 qadın və beş aydan 13 yaşa qədər 20 uşaq) vəhşicəsinə qətlə yetiriblər. İnsanlar kiçik kalibrli tüfənglərlə güllənib və baltalarla (uşaqlar da daxil olmaqla) doğranıblar.

1948-ci ildə qohumları qətlə yetirilən Xantini düşərgənin yaxınlığındakı tək məzarda dəfn ediblər. 2012-ci ildə mərhum ailələrin nəvələri Paldinlərin, Saynaxovların və Nevaların məzarları üzərində qara qranitdən abidə ucaldıblar.

Əslində bu hadisə “QULaq”da insanlara qarşı rəftarın bariz nümunəsidir. Çünki həmin düşərgələrdə olanlara qarşı qəddar münasibət və qeyri-insanı davranış məhbusların psixoloji vəziyyətinə hədsiz dərəcədə pis təsir edib. Hər şeylərindən məhrum olan insanların itirəcəyi heç nə olmayanda bu cür qəddarlıq aktları törrətməyə hazır olurlr. Bir sözlə, o dövrdə adı islah düşərgələri olan həbsxanalara əsl quldur şitilliyi olub, amansız canilər yetişdiriblər.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR