İnsanlara hürriyət, millətlərə istiqlal!

Qucaqlaşan iki lider - bu həm də Azərbaycan-Türkiyə qucaqlaşmasıdır

1113 26.10.2021 17:17 Son xəbər A A

 

 

Tarixdə qalacaq, xüsusi yeri olacaq daha bir günə şahidlik edirik. 26 oktyabrda Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu.

Qarabağın hava qapısının açılışını iki qardaş ölkənin prezidentləri - Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə etdilər.

Yuxu deyil, xəyal deyil, arzu, gözlənti də deyil, artıq reallıqdır - Ərdoğan Türkiyədən birbaşa Füzuli hava limanına endi. Qardaş ölkənin rəhbərini Azərbaycan Prezidenti Füzulidə qarşıladı!

a7ad8f17fdf9598bbc15d12877ebfcb0.jpg (158 KB)

Qarşılanmadan çəkilən fotolar – iki qardaşın qucaqlaşması, incə zarafatları səmimiyyətlə yanaşı, bir xoş, rahat ovqatın, qalibiyyətin duyurusudur.

Qarabağda türk dünyasının iki liderinin görüşü haqda əlbəttə ki, çox şərhlər veriləcək, çox müzakirə olunacaq. 26 oktyabr tarixdə xüsusi gün kimi qalacaq, xatırlanacaq, dərsliklərə düşəcək, önəmi vurğulanacaq. Təbii bunun faydalarını da qısa müddətdə bütün bölgə görəcək, hiss edəcək.

                                              ***

 

Əliyevlə Ərdoğanın Füzuli görüşü həm də dünyaya bir mesajdır. Regiondakı son bir ildə yaranmış yeni reallıqları bir qədər də aydın təsəvvür etdirən mənzərədir...

Çox ciddi ismarıclar verildi bu görüşdə dünyaya, dostlara və bədxahlara da.

Qarabağın hava yolunun simvolik açarı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edildi.

248288698_4396293127127410_4150015033120314991_n.jpg (102 KB)

Qarabağ Azərbaycandır! Qarabağ Türkündür! Vətən Müharibəsində bizə qardaş dəstəyi göstərən Türkiyəmizdə də Qarabağın hava yolunun simvolik açarının olması müqəddəs, haqq işimizdə davamlı qardaşlığın, birgəliyin önəmli, incə duyurusudur.

Oktyabrın 26-da daha bir möhtəşəm hadisə oldu: Qarabağda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur Dəhlizi) təməli qoyuldu. Zaman isə sübut edib ki, Azərbaycan təməlini qoyduğu işi çox yubatmır, qısa zamanda tam başa çatdırır. Füzuli aeroportu kimi...

6484eb851509.jpg (115 KB)

Çox tezliklə, güman ki, gələn il bu vaxtlar biz maşınımıza oturub Zəngəzur dəhlizi ilə Naxçıvana, oradan Türkiyəmizə gedəcəyik. Tək şəxsiyyət vəsiqəsi ilə...

Habelə, liderlər Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyublar.

Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə yetəcək!

                                            ***

Liderlərin Füzuli görüşündə kifayət qədər təsirli anlar, fotolar da var. Təkcə mənim deyil, sosial şəbəkələrdəki müşahidələrimə görə hər kəsin ürəyini dağa döndərən bir görüntü isə daha möhtəşəmdir: İlham Əliyev Ərdoğanı Füzuli aeroportunda qarşılayarkən onların qucaqlaşması.

249131469_4197871326991026_8772523541698005317_n.jpg (83 KB)

Qucaqlaşan təkcə iki lider, iki dost, iki qardaş deyil, bu həm də Azərbaycan və Türkiyə qucaqlaşmasıdır! İki liderin simasında Türkiyə və Azərbaycan “bir millət, iki dövlət”dən də daha yaxın olub. Tarixdə, bu günümüzdə analoqu olmayıb belə qardaşlığın. Gələcəkdə də olası deyil.

Dünyada millətləri eyni soydan, eyni kökdən olan çox ölkələr var. Ancaq onlar sıradan bir dostdur, qonşudur. Hətta bir-biri ilə yola getməyənləri də var. Türkiyə-Azərbaycan nümunəsi isə örnəkdir. Əlbəttə, münasibətlərin bu gözəl həddə gəlib çıxmasında iki liderin – Əliyevlə Ərdoğanın misilsiz xidmətləri var. Heç nə özbaşına olmur dünyada...

                                             ***   

Şükürlər olsun, biz həm də Qarabağın azadlığını şəxsən görən, yaşayan nəsil olduq. Əgər 2020-ci ilin sentyabrınadək özümüzü Qarabağın işğalının şahidləri, hansısa bir formada məsuliyyət daşıyıcısı kimi miskin görür, qəmgin, utanclı hiss edirdiksə, bu gün qalib Azərbaycan vətəndaşı olaraq fəxarət hissinə bürünürük.

Allah bizi daim belə məsud, xoşbəxt, qalib etsin!

Yaşasın Azərbaycan, yaşasın Türkiyə, yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!

Elşad MƏMMƏDLİ

Musavat.com

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR