İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubada 59 yaşlı kişi qətlə yetirilib

722 04.06.2022 12:59 Kriminal A A

Prokurorluq Qubada baş verən qətl barədə məlumat yayıb.

Quba rayon prokurorluğundan APA-ya verilən məlumata görə, iyunun 3-ü saat 23 radələrində Quba rayon sakini, 1963-cü il təvəllüdlü Eldar Hacıyevin rayonun Çartəpə kəndində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1968-ci il təvəllüdlü Kərim Baxışovun yaşadığı evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Eldar Hacıyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Kərim Baxışov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR