İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubad İbadoğlunun vəkili danışdı: “Evindən heç nə tapılmadı, sadəcə...” VİDEO

2358 26.07.2023 16:14 Gündəm A A

“Qubad İbadoğlunun evindən heç nə tapılmayıb”.

Bu barədə Musavat.com-a açıqlamasında iqtisadçı-alim, ADR Partiyasının sədri Qubad İbadoğlunun vəkili Zibeydə Sadıqova bildirib.

Bu gün Qubad İbadoğlunun evində aparılan axtarışda iştirak edən vəkil qeyd edib ki, evdən iki kompüterin prosessoru götürülüb: “Bir kitab götürdülər. O da Qafqaz Müsəlmanları İdarəsinin icazəsi ilə buraxılan İslama aid bir kitab idi. Yəni ona qarşı irəli sürüləcək əhəmiyyətli bir əşya tapılmadı”.

Qeyd edək ki, bu gün Qubad İbadoğlunun həm evində (Mətbuat prospekti 35e, mənzil 23, mərtəbə 9-da), həm də bağ evində hüquq-mühafizə orqanları tərəfindən axtarış aparılıb.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR