İnsanlara hürriyət, millətlərə istiqlal!

Qriqoryan: “Ermənistan Aİ müşahidəçilərinin mandatının uzadılmasını alqışlayacaq”  

536 08.12.2022 17:46 Region A A

 

“Aİ-nin Mülki Missiyası sabitləşdirici rol oynayır və bu baxımdan (Ermənistan üçün-red.) çox səmərəlidir”.

 Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu dekabrın 8-də parlamentdə jurnalistlərlə söhbətində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan söyləyib.

Qriqoryan Aİ-nin dekabrın 20-də başa çatacaq monitorinq missiyasının mandatının uzadılıb-uzadılmayacağı barədə sualı da cavablandırıb.

 “Ermənistan tərəfi hesab edir ki, onlar regionda daha çox qalsalar yaxşı olardı. Bilirsiniz ki, Avropa paytaxtlarından eyni istəklə bağlı xəbərlər gəlir. Əgər Avropa tərəfdən belə bir addım olarsa, o zaman rəsmi İrəvan bunu alqışlayacaq”, - deyə Qriqoryan bildirib.

Xatırladaq ki, Fransanın xarici işlər naziri Ketrin Kolonna Azərbaycan-Ermənistan sərhədində vəziyyətə nəzarət edən missiyanın mandatının uzadılmasının mümkünlüyünü açıqlamışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR