Dnimarkaya bağlı Qrenlandiya adasınının dəyəri, o cümlədən onun təbii ehtiyatları 1 trilyon dollar olaraq qiymətləndirilir, lakin ABŞ-nin bu ada üçün Danimarkaya 70 milyard dollardan çox təklif etməsi ehtimalı azdır.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, “Stolıpin” iqtisadiyyat institutunun icraçı direktoru Anton Sviridenko bu fikri TASS-a bildirib.
Bundan əvvəl “The Wall Street Journal” xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Amerika qanunvericiləri ilə görüşündə Qrenlandiyanın alınmasını ada üzərində nəzarətin qurulması üçün prioritet seçim adlandırıb.
"1946-cı ildə ABŞ-nin 33-cü prezidenti Harri Truman Qrenlandiyanı 100 milyon dollara almağı təklif etmişdi", - deyə Sviridenko xatırlayır. "Bu, çox azdır, çünki bu gün belə onun dəyəri 6-12 milyard dollardır. Qrenlandiyanın təbii sərvətləri 4 trilyon dollar dəyərində qiymətləndirilir, lakin bura əhəmiyyətli olan inkişaf xərcləri daxil deyil. Buna görə də, Qrenlandiyanın real dəyəri 1 trilyon dollardan çoxdur. ABŞ-ın ödəməyə hazır olduğu məbləğ çox azdır".
Qeyd edək ki, Danimarka tərəfi adanın satlıq və peşkəşlik olmadığı barədə qətiyyətli bəyanatlar verməkdədir.
Musavat.com






