İnsanlara hürriyət, millətlərə istiqlal!

Qoşulmama Hərəkatının Koordinasiya Bürosununn nazirlər iclasında 33 bəndlik Bakı Bəyannaməsi imzalanıb - FOTO

452 07.07.2023 01:22 Son xəbər A A

Qoşulmama Hərəkatının Koordinasiya Bürosununn nazirlər iclası başa çatıb.

Musavat.com verir ki, yekunda Bakı Bəyannaməsi imzalanıb.

Bildirilir ki, nazirlər 2023-cü ilin iyul ayında QH-da yaranan çağırışların öhdəsindən gəlmək vahid və qətiyyətli addımlar atılıb.

Bakı Bəyannaməsində deyilir Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsədlərinə, prinsiplərinə və müddəalarına möhkəm sadiqlik bəayan edilib. Qeyd olunub ki, Bandunqda (1955) və Belqradda (1961) ifadə edilmiş və Qoşulmama Hərəkatının məqsədləri və prinsipləri və hazırkı dövrdəki rolu haqqında Bəyannamə rəhbər tutularaq dövlətlər arasında dostluq münasibətləri və əməkdaşlığa dair beynəlxalq hüququn prinsiplərinə sədaqətlə riayət edilməsinə və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq dövlətlərin üzərinə götürdüyü öhdəliklərin vicdanla yerinə yetirilməsinə sadiq qalmaq və təşviq edilib.

“Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini və Davamlı İnkişaf üzrə 2030 Gündəliyini əsas götürən çoxtərəflilik və beynəlxalq əməkdaşlıq dəyərlərinin qorunub saxlanmasının və möhkəmləndirilməsinin Birləşmiş Millətlər Təşkilatının üç sütununun – sülh və təhlükəsizlik, inkişafın təşviqi və dəstəklənməsi üçün əsas olduğunu qəbul edilir”, - deyə bəyannamədə vurğulanıb.

Bakı Bəyannaməsində qeyd olunub ki, bütün dövlətlər digər dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə, suveren bərabərliyinə, siyasi müstəqilliyinə və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət edəcək, daxili işlərə qarışmamaq, hədə-qorxudan və ya istifadədən çəkinmək prinsiplərinə əməl edəcəklər.

Bəyannamə 33 bəndən ibarətdir.

64a7293080ede64a7293080edf168867665664a7293080edc64a7293080edd.png (78 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR