İnsanlara hürriyət, millətlərə istiqlal!

Qonşu həyətdə narkotik bitkilər “dirriyi” becərən şəxs saxlanılıb

476 26.05.2022 09:45 Kriminal A A

Qonşusunun həyətində narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakini saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Musavat.com-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Belə ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun Mamusta kənd sakini, əvvəllər məhkum olunmuş Emil Hacıyev saxlanılıb. Onun qonşusuna məxsus, hazırda yaşayış olmayan torpaq sahəsində əkərək kultivasiya yolu ilə yetişdirdiyi 37 ədəd narkotik xassəli çətənə bitkiləri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR