İnsanlara hürriyət, millətlərə istiqlal!

Qocalmanı ləngidən dərman HAZIRLANDI - Ömrü uzadır?

1407 18.07.2024 16:10 Yaşam A A

Alimlərin hazırladığı dərmanla laboratoriya siçanlarının ömrünün uzada biləcəyi və eyni dərmanın insanların yaşlanmasını da ləngidə biləcəyi açıqlanıb.

“Nature” jurnalında dərc edilən araşdırmada insan orqanizminin inkişafında mühüm rol oynayan və qocalmanı tətiklədiyi güman edilən zülal qrupu İnterleykin-11-ə qarşı antikor olaraq inkişaf etdirilən dərmanın müvəffəqiyyətli olduğu açıqlanıb.

Tədqiqata görə, İngiltərə və Sinqapurdakı komanda ilk olaraq genetik cəhətdən dəyişdirilmiş laboratoriya siçanlarını interleykin-11 istehsal edə bilməmələri üçün dəyişdirdi. Daha sonra tədqiqatçılar siçanlar 75 həftəlik, insanlarda 55-ə bərabər olana qədər gözlədilər və İnterleykin-11-i bədənlərindən tamamilə təmizləmək üçün hazırlanmış dərmanı müntəzəm olaraq tətbiq etdilər. Araşdırmalar nəticəsində siçanların daha canlı və parlaq göründüyü qeyd edilib. İnterleykin-11 çatışmazlığı olan siçanların daha az xəstələndiyi qənaətinə gəlindi.

İstifadəyə yararlı olan dərmanın insanlarda sınaqdan keçirildiyi, lakin fərdlərdə qocalma əleyhinə nəticələrinin hələlik məlum olmadığı bildirilib. Alimlər siçanlarda əldə etdikləri nəticələrin insanlarda da təsirli olacağını düşündüklərini ifadə ediblər./Yenisabah.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR