İnsanlara hürriyət, millətlərə istiqlal!

Qisas üçün dəhrə ilə öz barmağını kəsən şəxsə hökm oxundu

417 04.06.2022 18:05 Kriminal A A

Qayınları barədə polisə yalan məlumat verən Şəki rayon sakini Süleyman Məşədiyev barəsində məhkəmə hökmü çıxarılıb.

Musavat.com xəbər verir ki, S.Məşədiyev qayınlarını cəzalandırmaq istəyib. Çünki barmağını kəsmədən öncə qaynı ona bir şillə vurub.

S.Məşədiyev ailə həyatı qurduğu xanımdan ayrıldıqdan sonra Şəkidə yaşamağa başlayıb. Amma xanımı və övladları Xızı rayonunun Fındığan kəndində yaşayıblar. Hadisə günü Süleyman övladlarını görmək üçün kəndə gəlib. Yolda qaynı Cəmaləddinlə rastlaşıb. Süleymanın içkili, əlində də spirtli içki olduğunu görən Cəmaləddin ona qəzəblənib və şillə ilə vurub.

Süleyman isə deyir ki, qaynı Cəmaləddinə digər qaynı və qohumları da kömək edib və onu döyüblər. Sonra da maşına mindirərək kəndin çıxışında düşürüblər.

Qisas planı quran Süleyman öz barmağını dəhrə ilə kəsib. Sonra da polisə zəng edərək döyüldüyünü və bıçaqlandığını deyib. O deyib ki, bir qaynı onun əlindən tutub, digəri isə barmağını kəsib.

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı həmin şəxsin qohumları ilə münaqişə zəminində onlardan qisas almaq məqsədi ilə özünə xəsarət yetirdiyi müəyyən edilib.

Süleymanın özünə xəsarət yetirməsi, polisə yalan məlumat verdiyi üçün cinayət işi açılıb.

Məhkəmədə ifadə verən Süleyman əməlindən peşman olduğunu söyləyib və bağışlanmasını istəyib.

İş üzrə ifadə verən Cəmaləddin Mehtiyev bildirib ki, Süleymanın içkili olduğunu görüb, ona bir şillə vurub. Amma başqa heç bir xəsarət yetirməyiblər.

Məlum olub ki, onlar həm də qohum olublar. Süleymanın həyat yoldaşı onun dayısı qızı imiş.

Xızı rayon Məhkəməsi Süleymanı 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR