İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda dövlət bayraqlarını yandıran qızlar saxlanılıb

515 06.06.2024 12:18 Dünya A A

Qırğızıstanın Cəlalabad vilayətində gizli dini ekstremist təşkilatın qadınlardan ibarət şəbəkəsi müəyyən edilib.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bekabad kəndində şəbəkə üzvləri Qırğızıstanın dövlət bayraqlarını yandırıb, onun yerinə ərəb mətni olan ağ bayraqlar quraşdırıblar. Hadisə mayın 29-dan 30-na keçən gecə baş verib.

Qırğızıstan Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat verib ki, iyunun 1-də MTD və DİN-in birgə tədbirləri nəticəsində dövlət rəmzlərinin yandırılmasının təşkilatçıları və icraçıları müəyyən edilib. Onların “Hizbut-Təhrir” dini ekstremist təşkilatının üzvü olan Cəlalabad vilayətinin Suzak rayonunun Bekabad kəndinin yerli sakinləri olduqları müəyyən edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının müəyyən etdiyi kimi, 19 yaşlı vətəndaş 2022-ci ildə “Hizbut Təhrir” sıralarına qoşularaq and içib, 2023-cü ilin yazında müstəqil olaraq sakinlər arasından yeni tərəfdarlar cəlb etməyə başlayıb. 2023-cü ilin payızında o, 16 yaşlı bir kənd sakinini özünə qoşub.

“Bekabad hücrəsi”nin qadın qanadının üzvü olan qız 2024-cü ilin yanvar ayından bayraqların dəyişdirilməsi və yandırılması ilə məşğul olub və bu barədə şagirdinə məlumat verib.

“Həmin şəxslər cinayət niyyətlərini həyata keçirmək məqsədilə 2024-cü ilin yazında Cəlalabad şəhərinin “Berekə” bazarından ağ parça, Bekabad kəndindəki bazardan isə qara rəngli markerlər alıblar. Bu il mayın 29-da hər iki iştirakçı ərəb yazıları olan ağ bayraqlar hazırlayıb və mayın 30-na keçən gecə Bekabad kəndindəki 4 və 88 nömrəli məktəbin əsas qapısında, eləcə də mobil operator qülləsində Qırğızıstanın dövlət bayraqlarını dəyişdiriblər. Bundan sonra onlar Bekabad kəndinin M.Sıdıkov və Uraimcan Ata küçələrinin kəsişməsindəki dövlət bayraqlarını yandırıblar”, - deyə MTDK-dən bildirilib.

Dövlət təhlükəsizlik orqanlarının əməkdaşları 19 yaşlı qızın ekstremist təşkilatın üzvü olan və onun cinayət planlarından xəbərdar olan yaxın qohumlarını, anasını və qardaşını saxlayıblar. “Qızın atası əvvəllər ekstremist materialların saxlanmasına görə cinayət məsuliyyətinə cəlb edilib. Hazırda o, Rusiya Federasiyasında işləyir”, - idarədən aydınlıq gətirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR