İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstan prezidentinin qardaşı oğlu saxlanılıb

664 17.07.2024 14:27 Dünya A A

Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi ölkə prezidenti Sadır Japarovun qardaşı oğlu Ulan Japarovu saxlayıb.

Musavat.com xə ər verir ki, bu barədə “Sputnik Qırğızıstan” Teleqram kanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, Ulan Japarov xeyli maddi ziyanla nəticələnən ağır cinayət törətməkdə ittiham olunur. Məhkəmənin qərarı ilə prezidentin qohumu barədə 1 aylıq həbs qətimkan tədbiri seçilib və o, ən azı avqustun 19-dək həbsdə olacaq.

Maraqlıdır ki, 2023-cü ilin iyununda Japarov artıq korrupsiya işi ilə bağlı saxlanılsa da, oktyabrda ev dustaqlığına buraxılıb.

Bundan əvvəl prezident Sadır Japarovun kiçik qardaşının qızının nişanlısı olan gənc həbs edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR