İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzaya düşən daha bir PFL rəsmisi xəstəxanadan evə buraxıldı

370 20.12.2023 15:48 Son xəbər A A

Ağdam-Xankəndi yolunda baş vermiş qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) daha bir əməkdaşı xəstəxanadan evə buraxılıb

Musavat.com-un məlumatına görə, qurumun media və marketinq direktoru Sənan Abdullayevin xəstəxana şəraitində müalicəsi başa çatıb.

Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev ötən gün palataya köçürülüb. Qurumun prezidenti Elxan Səmədovun müalicəsi isə reanimasiyada davam etdirilir.

Qeyd edək ki, ötən gün PFL-in icraçı direktoru Zaur Hacı-Məhərrəmov və texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov evə buraxılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR