İnsanlara hürriyət, millətlərə istiqlal!

Qeyri-neft ixracımız 1 milyard dollara yaxınlaşır  

542 06.05.2022 18:43 İqtisadiyyat A A

 

2022-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ixracı 11,8 milyard ABŞ dolları təşkil edib.

Musavat.com İqtisadi İslahatlar və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, ümumi ixracın 965,5 milyon dolları qeyri-neft sektorunun payına düşüb. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin eyni dövrü ilə müqayisədə 268,6 milyon dollar və ya 38,5 faiz artıb.

2022-ci ilin yanvar-aprel ayları ərzində meyvə-tərəvəz məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23,6 faiz artaraq 162,6 milyon dollar təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9,9 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 90,6 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 53,3 faiz, pambıq iplik ixracı 19,8 faiz, pambıq lifi ixracı isə 6,8 faiz artıb.

2022-ci ilin aprel ayında  ixracınız 3,8 milyard dollar təşkil edib ki, bunun da 238,3 milyon dolları qeyri-neft məhsullarıdır. Qeyri-neft sektoru üzrə ixracda artım 22 faiz təşkil edib. 2022-ci ilin aprel ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 6,2 faiz artaraq 51,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 27,2 faiz artaraq 186,9 milyon ABŞ dolları təşkil edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR