İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb şirkətləri Rusiyadan yüz milyonlarla dəyərində titan alıb

637 21.03.2024 19:52 Dünya A A

Qərb şirkətləri sanksiyalara baxmayaraq, 2022-ci ilin fevralından bu yana Rusiyadan yüz milyonlarla dollar dəyərində titan alıb.

Musavat.com xəbər verir ki, bu barədə "The Washington Post" (WP) məlumat yayıb.

Nəşr ixtiyarında olan 2022-2023-cü illərdə Rusiya ixracı ilə bağlı məlumatlara əsaslanaraq qeyd edir ki, Avropa İttifaqı və ABŞ sanksiyalarına məruz qalmayan Rusiyanın "VSMPO-Avisma" şirkəti iki il ardıcıl olaraq Qərb ölkələrinə titan ixrac edərək ildə 300 milyon dollardan çox gəlir əldə edib. Təchizatların əksəriyyəti Böyük Britaniya, Almaniya, Fransa və ABŞ da daxil olmaqla, Ukraynanı dəstəkləyən Qərb ölkələrinə gedib. Qəzet yazır ki, bu alışlar göstərir ki, Qərb Moskva ilə iqtisadi əlaqələri kəsmək vədlərinə baxmayaraq, müəyyən mallarda Rusiyadan asılı olaraq qalır.

Amerikanın "ImportGenius" monitorinq şirkətinin tədqiqat direktoru Uilyam Corcun sözlərinə görə, Rusiya titan tədarükünü kəsə, milli müdafiə və mülki aviasiya üçün vacib olan şirkətləri çətin vəziyyətə sala bilər.

Ötən il sentyabrın 25-də ABŞ Ticarət Nazirliyi "VSMPO-Avisma" şirkəti də daxil olmaqla, Rusiya, Almaniya, Çin, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Oman, Pakistan, Finlandiyadan olan 28 təşkilata ixrac məhdudiyyəti tətbiq etmək qərarına gəlib.

"VSMPO-Avisma" aviasiya sənayesi üçün dünya titanının üçdə birini istehsal edən Rusiya titan sənayesinin əsas inhisarçısıdır. 7 mart 2023-cü ildə Amerikanın "Boeing" şirkəti Rusiya titanının alışını dayandırdığını elan edib. Bir həftə sonra "VSMPO-Avisma" və "Boeing"in birgə müəssisəsi olan "Ural Boeing Manufacturing" ASC anti-Rusiya sanksiyaları fonunda fəaliyyətini dayandırdığını açıqlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR