İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəbiristanlıqda diri-diri basdırılan qadın tapıldı

1366 06.04.2023 16:51 Kriminal A A


Braziliyada ilginc hadisə baş verib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bələdiyyə qəbiristanlığında diri-diri basdırılan qadın 10 saatdan çox məzarın içində qaldıqdan sonra xilas edilib.

Xəstəxana işçiləri qadının hazırda reanimasiyada olduğunu bildiriblər. 4 uşaq anası olan qadın döyülərək evindən sürüklənib, daha sonra isə basdırılıb.

Qəbirqazanlar qadının imdad çağırışını eşitdib, hadisə yerində təzə sement qarışığı və qan izləri gördükdən sonra dərhal polisə müraciət ediblər.

Baş verən cinayətlə əlaqədar iki nəfər həbs edilib. Şübhəlilərin 20 və 22 yaşlarında olduqları, əvvəllər də silah və narkotik ticarəti ittihamı ilə həbs olunduqlarını bildiriblər. Polis cinayətdə üçüncü şübhəlinin də axtarıldığını deyir.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR