İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda sensasiya: 16 dəqiqəyə 3 qol vurdular

1298 26.03.2023 22:52 İdman A A

Futbol üzrə Avropapa çempionatının seçmə mərhələsinin ikinci turu üzrə görüşlərə start verilib.

Oxu.Az xəbər verir ki, günün ilk qarşılaşmasında sensasiya qeydə alınıb.

Belə ki, Danimarka millisi səfərdə Qazaxıstana uduzub. Görüş qonaqlar üçün yaxşı başlayıb. R.Hojlund 21 və 36-cı dəqiqələrdə fərqlənib.

İkinci hissəyə iki top geridə başlayan qazaxlar əzmkarlıq nümayiş etdirərək oyunda dönüş yarad biliblər. 73-cü dəqiqədə B.Zaynutdinov penalti zərbəsindən fərqi azaldıb. 86-cı dəqiqədə A.Tagybergen hesaba tarazlıq gətirib. Üç dəqiqə sonra A.Aymbetov meydan sahiblərinə qələbə gətirən qola imza atıb.

Qarşılaşmanın əsas vaxtına əlavə olunmuş 6-cı dəqiqədə meydan sahibləri azlıqda qalıblar. Üçüncü qolun sahibi qırmızı vərəqə alaraq meydanı tərk edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR