İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan atom enerjisinə 12 milyard dollar xərcləyəcək

351 05.06.2024 19:44 Dünya A A

Qazaxıstan əhalisi referendumda ölkədə atom elektrik stansiyasının tikintisinə razılıq verərsə, hökumət tikintiyə 10-12 milyard dollar ayırmağı planlaşdırır.

Səsverməyə çıxarılacaq “Alternativ enerji mənbələrindən istifadə haqqında” qanun layihəsinə əsasən, AES-in tikintisi seçicilər tərəfindən bəyənilərsə, o, 2035-ci ilə qədər respublika büdcəsindən ayrılan vəsait hesabına tikilməlidir.

Musavat.com Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, sənəd iyunun 5-də dərc edilib və 2024-cü il iyulun 27-dək ictimai müzakirə mərhələsində olacaq.

Qeyd edək ki, 2023-cü ilin sentyabrında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə atom elektrik stansiyasının tikintisi ilə bağlı ümumxalq səsverməsinin keçirilməsini təklif edib. Onun fikrincə, Qazaxıstan dünyanın ən böyük uran istehsalçılarından biri olmaqla, öz nüvə nəslinə malik olmalıdır.

Əvvəllər aparılmış tədqiqatların nəticələrinə əsasən, AES-in tikintisi üçün ən çox üstünlük verilən ərazi kimi Almatı vilayətinin Ulken kəndinin ərazisi seçilib. Stansiyanın soyudulması üçün Balxaş gölünün suyu istifadə olunacaq.

Qazaxıstanda atom elektrik stansiyasının tikintisi layihəsinin beynəlxalq investorlar konsorsiumu tərəfindən həyata keçirilməsi planlaşdırılır. Ölkənin Energetika Nazirliyinin məlumatına görə, tikinti 10 ilə qədər çəkə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR