İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

377 26.05.2023 12:15 Kriminal A A

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Musavat.com-a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılmış Azər Yusifova narkotik maddəni satmaqda şübhəli bilinən Novruz Aylarov saxlanılıb.

Şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan müxtəlif bükümlərdə və qablarda narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.

N. Alyarov ifadəsində narkotik vasitələri Bakı şəhərində İran vətəndaşından aldığını və rayona satmaq məqsədi ilə gətirdiyini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR