İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdan Vaşinqtona açılan atəş: yaralanan təkcə əsgər Bəkirov olmadı, Blinken...  

2424 28.06.2023 14:10 Yazarlar A A

Xarici işlər nazirləri səviyyəsində keçirilən Vaşinqton görüşünün ikinci günündə Ermənistan ordusunun Qarabağdakı tör-töküntüləri aldıqları təlimata uyğun olaraq hərəkətə keçdilər. Ceyhun Bayramov və Ararat Mirzoyan ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə danışıqlar apardıqları saatlarda Ağdam istiqamətində bir əsgərimiz yaralandı...Əslində, bu atəş təkcə əsgər Bəkirova yox, Vaşinqton görüşünə, daha konkret elə Blinkenin özünə, təşəbbüsünə açılmışdı...

Əslində gözlənilməz hadisə də deyildi. Bundan əvvəl də Qərb paytaxtlarında keçirilən görüşlər öncəsi və görüş vaxtı ermənilər təxribatlara əl atıblar.  Təbii ki, öz iradələri hesabına yox. Vaşinqton və Brüsseldə keçirilən üçtərəfli görüşlərdən əsəb sarsıntısı keçirən şimal və cənub qonşularımızın tətikləyici rol oynadığını artıq hər kəs bilir. Keçən il prezident Putin  Ermənistanı “Vaşinqton variantı” ilə təhdid edərək demişdi ki, Vaşinqtonun təklif etdiyi sülh təklifləri Bakının Qarabağ üzərində suverenliyini nəzərdə tutur. Budur, may ayında keçirilmiş dörd günlük Vaşinqton danışıqlarından sonra ABŞ paytaxtı növbəti, üçgünlük danışıqlara ev sahibliyi edir və bölgədə silahlar yenidən işə salınıb.

454511729_0_0_1280_721_1920x0_80_0_0_e75470dd6ac9e48f2b5482e4efac6ac9.jpg (182 KB)

Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri Ağdam rayonunun Qalayçılar kəndi istiqamətindəki mövqelərindən hərbçimizi yaralamışdılar. Bu, artıq açıq şəkildə meydan oxumaq idi. Sifarişin kimdən, hansı məqsədlə gəlməsi ikinci dərəcəli məsələydi. Terrorçu dərhal cavabını almalıydı, aldı da. Erməni tərəf xəbər yayıb ki, gecə saat 01.30 radələrində Azərbaycan ordusunun cavab atəşi nəticəsində 4 erməni yaraqlısı məhv edilib. Sosial şəbəkələrdə beşinci terrorçudan da bəhs edilir, amma ermənilər hələlik dördünün adını açıqlayıblar. Məlumatda deyilir ki, düşmən mövqeyi PUA zərbəsi ilə havaya uçurulub. Ötən gün yazmışdıq ki, artıq kifayət qədər quduzlaşan və erməni terrorçuları əsgərimizə diş atdıqlarına görə onlara quduzluq iynəsi vurulmasının tam vaxtıdır. Təsəvvür edin, üzük qaşı kimi mühasirəyə alınıblar, giriş-çıxış, Ermənistandan mina, silah-sursat gətirmək imkanlarından məhrumdurlar, lakin azğınlıqlarını davam etdirirlər. Vəhşi heyvanların son çıxış yolu kimi ətrafına ağız atmaları, hətta öz bədən əzalarını dişləri ilə qoparması halları olur, bax, erməni terrorçular hazırda həmin canlıları xatırladırlar. Xilas olmaqdan ötrü hər cür alçaqlığa əl ata bilərlər, hətta girov saxladıqları mülki erməniləri məhv etməkdən də çəkinməzlər. Azərbaycan ordusu ötən gecə “Peyvənd Əməliyyatı”nı həyata keçirdi. Əslində bu, xırda “doza”dır-xəbərdarlıqdır. Yenə dərs almasalar, növbəti “peyvəndləmə” qaçılmazdır. Bu, Azərbaycan vaksinidir, yayınmaq mümkünsüz!  

FotoJet.jpg (25 KB)

Azərbaycanın ortalama 100 km dərinliyində, hərbçilərimizin mühasirəsində olduqlarını, ildırımsürətli əməliyyatla uzağı 72 saata tamamilə məhv edilə biləcəklərini qanmayacaq qədər reallıq hissini itiriblər erməni terrorçular. Amma yalnız onlarmı?

İyunun 15-ndə Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralandı. Bu güllə niyə açıldı? “Laçın” sərhəd-nəzarət məntəqəsindən mülki ermənilər sərbəst şəkildə, sadəcə Azərbaycan qanunvericiliyinə əməl etmək şərtilə hər iki tərəfə keçirdilər. Heç şübhəsiz, bu mənzərə təxribatçı qüvvələrin planlarını pozduğu üçün tətiyi basmaq əmri verildi. O zaman da düşmən cavabını aldı, azı iki snayperçi məhv edildi. Amma bu vəziyyət sonsuzluğa qədər davam edə bilməz. Azərbaycan Prezidenti Laçın rayonundan həm Ermənistana, həm də Qarabağdakı separatçılara qəti xəbərdarlığını etmişdi. Növbəti dəfə komando birliyinin

Ermənistanda aqrssiyasının artmasında Laçın sərhəd-nəzarət məntəqəsi yaxınlığında “post” quran avropalı emissarlar, Arazdəyəndə metallurgiya zavodu tikən amerikanlar, Laçın dəhlizi ilə “sərbəst və təhlükəsiz hərəkətin təmin edilməsi” ilə bağlı qətnamə qəbul edən AŞPA və digər qurumlar da “rol” oynayırlar. Laçın yolu ilə ermənilər sərbəst gedib-gəlirlər, daha bunlar nə istəyirlər: Ermənistan istehsalı olan minaların rahat şəkildə daşınmasınımı?! Yeri gəlmişkən, Sərsəng su anbarının azad olunması ilə bağlı AŞ PA-nın qəbul etdiyi qətnaməni erməni terrorçuları bu günədək icra etməyib, bəs hanı Avropa qurumunun qüruru, niyə qəbul etdiyi sənədin icrasını tələb etmir? Həmçinin Avropa Parlamenti illər öncə qətnamə qəbul etmişdi, Ermənistana çağırış etmişdi: Qarabağa əsgər göndərmə! Ermənistan AŞ PA-nın sənədini zibil qabına tulladı. Bunun cavabı olmalıydı, işğalçı yerində otuzdurulmalıydı. Heç biri olmadı. Bu gedişlə BMT qətnamələri kimi, AŞ PA, AP və digər qurumların qətnamələrinin icrasını da Azərbaycan ordusu təmin edəcək. Həmçinin 10 noyabr 2020-ci il bəyanatının icra olunmayan bəndlərini...

sd.jpg (119 KB)

Yeri gəlmişkən, Azərbaycan ordusu ötən gecə bir qrup terrorçunu Xocavənd və Ağdərə istiqamətində məhv edib. Deməli, AŞ PA-nın qətnaməsinin icrasına başlanılıb. Həm də Rusiya hərbçilərinin yerləşməsi ilə paralel şəkildə Qarabağı tərk etməli olan Ermənistan ordusunun qalıqlarını torpaqlarımızdan rədd etmək Azərbaycanın üzərinə düşən missiyadır. Məntiqlə, həm Putin Rusiyasından, həm də Avropa qurumlarından təşəkkür gəlməlidir. Eləcə də ABŞ-dan. Yəqin okeanın o tayındakılar da vəziyyəti doğru-dürüst qiymətləndirir və görür ki, erməni təxribatları həm də Vaşinqton prosesini pozmaq niyyəti güdür...Bir müddət əvvəl ABŞ Qarabağ ermənilərini Azərbaycanla inteqrasiyaya çağırmışdı, bundan imtina olunacağı təqdirdə Azərbaycanın antiterror əməliyyatlarına başlayacağı barədə xəbərdarlıq etmişdi. Görünən budur ki, Qarabağ separatçı-terrorçu rejimi antiterror əməliyyatını istədi.  

Kimlərsə düşünürsə ki, Azərbaycan dövləti status-kvonun davamına razılaşacaq, Qarabağdakı terrorçular dövranını sürəcək, Ermənistan da sülh danışıqlarını illərlə uzadacaq, yanılır. Ali Baş Komandan bəyan edib: “miatsum” kitabı bağlandı, saxta “dövlət atributları”nı zibil qutusuna atmalı, oyuncaq “parlament”i buraxmalıdırlar! Azərbaycan vətəndaşı olmaq istəyənlər qanunlar çərçivəsində burada yaşaya biləcək, əks iddialarda olanlar üçün cəhənnəmin yolu taybatay açıqdır! Necə ki, ötən gecə 4 terrorçu seçimini etdi...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR