İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağdan Ermənistana gizli yol açılıb? - Vardanyan Bakıya yenə meydan oxudu

2553 14.01.2023 12:08 Gündəm A A

Laçın-Xankəndi yolunda 34 gündür davam edən aksiya, daha doğrusu, yola “xalq nəzarəti” Qarabağdakı erməni əhalinin deyil, Ruben Vardanyan və Araik Arutunyan kimi kriminal-separatçı ünsürlərin nəfəsini yavaş-yavaş kəsməkdədir. Bunu boyunlarına almasalar da. Gah blokadadan danışan, gah da əks fikirlər söyləməklə gülməli duruma düşən bu avantüristlərin təsəlliedici çağırışlarına artıq yerli ermənilər də şübhə etməyə başlayıb.

Aksiya isə Azərbaycan Prezidentinin söylədiyi kimi, öz hədəflərinə çatanadək davam edəcək. Hansı hədəflər, bunu “Şeytan yuvası”nda kök salan cinayətkarlar hamıdan yaxşı bilir. Özlərini o yerə qoymasalar da, xam xəyallarla yaşasalar da, özlərindən yalançı qəhrəman düzəltməyə çalışıb sərsəm bəyanatlar versələr də, ətrafdakı mühasirə aybaay daralır.

“Dünya Azərbaycanın belə hərəkətini qəbul etməyəcək. Hər halda, biz evimizdən çıxmayacağıq. Artsaxda əsas ərzaq məhsulları var, aclıq başlamayıb, amma uşaqlar normal qidalanmır. Bizim uzun illər doldurduğumuz anbarlar var. Həm də unutmayın ki, Artsax zəngin ölkədir (?! - red.). Yaxşı ətimiz və taxılımız var. Yəni bizdə əsas ərzaq məhsulları var, aclıq yoxdur, amma bütün ərzaq məhsulları mövcud deyil”.

Bunu oyuncaq rejimin qondarma “dövlət naziri” R.Vardanyan son müsahibələrinin birində söyləyib. 

Dərmanlara gəlincə, Vardanyan deyib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən əhaliyə müəyyən yardımlar edilir: “Lakin problemlər davam edir. Azərbaycanlılar Qırmızı Xaç təşkilatının heyətini buraxırlar. Yəni demək istəyirlər ki, baxın, yol açıqdır, Qızıl Xaç keçir. Yerdə qalanların isə pasportları yoxlanılır və səfərlərinin səbəbi sorğulanır. Bu, bizim üçün qəbuledilməzdir”, - köhnə əyyamın xiffətini çəkən erməni oliqarx-dələduz vurğulayıb.

Ardınca isə o, ənənəvi yalan-palanlarına güc verərək,  Azərbaycanı hədələyib və heç vaxt reallaşmayacaq “çəhrayı arzu”sunu dilə gətirib: “Azərbaycan çətin seçim (?! - red.) qarşısındadır. O, 120 min insanı (?! - red.), o cümlədən 30 mini uşağı (?! - red.) öldürməli olacaq. Azərbaycan bütün bunların əvəzini təkcə öz əsgərlərinin həyatı ilə deyil, dünyanın belə bir hərəkəti qəbul etməyəcəyi ilə də ödəyəcək. Hər halda, biz evimizdən çıxmayacağıq. Azərbaycan liderləri başa düşməlidirlər ki, əgər həqiqətən də regionda sülh yaratmaq istəyirlərsə, hər iki tərəf üçün məqbul olan təkliflər verməlidirlər. Həll yolu isə çox sadədir: onlar etiraf etməlidirlər ki, Artsax və onun sakinləri müstəqil yaşamağa öyrəşiblər və onlar elə-belə Azərbaycanın vətəndaşı olmayacaqlar”.

Vardanyan həmçinin Qarabağdan Ermənistana “alternativ yol”un olduğunu bildirib, hansı yolla ki, onun iddiasına görə, Xankəndi əhalisi üçün Ermənistandan yanacaq, ərzaq və dərman gətirilir: “Yəni blokada 100% deyil. Bizim də öz ”həyat yolumuz" var ki, bu da bəzi dərman və ərzaq gətirməyə imkan verir".

Qeyd edək ki, Xankəndidən çıxanda Kərkicahan yolu ilə 3 km-dən sonra Xəlfəli kəndi, 5 km sonra Şırlan kəndidir. Şırlan kəndini qalxandan sonra solda Laçının Fingə kəndindən yeni Xankəndi-Gorus yoluna çıxır. Bizim aksiya keçirən ekofəallar isə bu yolun 30-40 km-dədir. Sarıbaba yüksəkliyi Azərbaycan Ordusu tərəfindən azad ediləndən sonra bütün bu yollara həmin postlardan nəzarət imkanı var. Yəni separatçıların əlavə yollardan istifadə etməsi Azərbaycan tərəfinin xəbəri olmadan mümkün deyil.

Göründüyü kimi, R.Vardanyan faktiki əhali üçün blokada rejiminin mövcud olmadığını etiraf edir. Bəs alternativ yol nə demək? Qarlı-şaxtalı qışda bu necə mümkün ola bilər? Kreml “tulası” nəyə işarə vurur? Görəsən, 2-ci yol doğrudan da mövcuddur?

Kəlbəcərdən əməliyyata başlamaq Nəcməddin Sadıxovun ideyası idi” - ŞOK İDDİA

Rövşən Məhərrəmov: “Azərbaycan Ordusu ərazidə ciddi araşdırma aparmalıdır və əgər Ermənistana aparan hər hansı gizli cığır varsa...”

Ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Ruben Vardanyan ABŞ-ın sanksiya tətbiq etdiyi Rusiyalı milyarderlərdən biridir: “O, heç vaxt Azərbaycan vətəndaşı olmayıb, Qarabağa qanunsuz olaraq Rusiya tərəfindən göndərilib və bütün fəaliyyəti Azərbaycan qanunlarını, beynəlxalq qanunları pozmaqdan ibarətdir. Ona görə də Azərbaycan ilk növbədə Vardanyanı ya həbs etməlidir, ya da zərərsizləşdirməlidir.

Vardanyan Qarabağda yaşayan erməni əhalinin sayını fantastik dərəcədə şişirdərək dünyanı aldatmağa cəhd edir. O, həmçinin erməni əhalini aldatmaqla məşğuldur. Laçın yolundan humanitar yüklər aparılır. Humanitar yüklərin qarşısı alınmadığı üçün də alternativ yola ehtiyac yoxdur. Separatçılara alternativ yol silah, terrorçu daşımaq üçün lazım ola bilər ki, ola bilsin Vardanyan bunu nəzərdə tutub məlum açıqlamanı verib. Bu bir siqnalıdır. Ruben bununla rus sülhməramlıların nəzarətində olan ərazidən ya hansısa gizli yolun olduğuna işarə edir, ya da həmin ərazidən alternativ yol aça biləcəklərini demək istəyir. Lakin unudur ki, Azərbaycanın müvafiq güc strukturlarının, ordusunun kifayət qədər imkanları var ki, ərazini müşahidə etsin və istənilən qanunsuz hərəkətlənmənin qarşısını alsın. Azərbaycan silahlı qüvvələri ərazidə çox ciddi araşdırma aparmalıdır. Əgər Ermənistana aparan hər hansı gizli cığırlar belə varsa və qanunsuz gediş-gəliş aşkarlanarsa, ən sərt tədbir görməlidir. Çünki ərazi Azəraycanındır və Azərbaycanın razılığı olmadan oradan hansısa xarici ölkəyə yolun çəkilməsi, qanunsuz gediş-gəlişin həyata keçirilməsi cinayətdir".

Çingiz Qənizadə: “Bu, erməni dəyirmanına su tökmək kimi bir şeydir” Yeni  Sabah

Çingiz Qənizadə: “Müvafiq strukturlar Qarabağdan Ermənistana alternativ yolun olub-olmadığını mütləq araşdırıb dəqiqləşdirməlidir”

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə bildirdi ki, əvvəla, hazırda Qarabağda ən çoxu 25 min nəfər erməni əsilli sakin yaşayır: “Ruben Vardanyanın sakinlərin sayını dəfələrlə şişirtdiyini və saxta rəqəmlər sərsəmlədiyini hətta Ermənistanın hakim partiyasında olan deputatlar, vəzifəlilər də bu günlərdə bəyan ediblər. Ruben Qarabağı ”müstəqil dövlət" adlandırır. Lakin hətta Ermənistanın hakimiyyətin başında dayanan şəxslər belə bugünlərdə bəyan etdilər ki, dünyada Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımayan dövlət yoxdur. Bütün bunlara baxmayaraq, Ruben yenə də Qarabağda yaşayan erməniləri müqavimət göstərməyə, silaha sarılıb vuruşmağa səsləyir.

Bu təxribatçı həmçinin öz-özünü təkzib eləyən fikirlər də bildirir. Bir tərəfdən deyir ki, Qarabağda erməni əhali blokadada qalıb humanitar fəlakətlə üz-üzədir, o biri tərəfdən isə bildirir ki, əhalinin kifayət qədər ərzağı var, Laçın yolundan gedib-gələn humanitar yüklər buraxılır, qarşısı alınmır. Hətta ermənilərin gediş-gəliş üçün əlavə alternativ yolunun olduğuna da işarə edir və həmin alternativ yolla özlərini təmin etmək iqtidarında olduqlarını deyir. Vardanyanın bu açıqlamaları həm də o deməkdir ki, Qarabağda hər hansı bir humanitar fəlakət mövcud deyil. Amma eyni zamanda, Azərbaycan ərazisinə hansısa gizli alternativ yolun olması məsələsi də meydana çıxır. Bu, artıq Azərbaycan dövlətinin bu məsələnin üzərinə getməsi və belə bir alternativ və qanunsuz yol varsa onunla bağlı tədbir görməsi zərurətini yaradır. Azərbaycanın müvafiq strukturları Qarabağdan Ermənistana alternativ yolun olub-olmadığını mütləq araşdırıb dəqiqləşdirməlidir. Mənim ehtimalıma görə, Vardanyanın dediyi alternativ yol son vaxtlar Laçın dəhlizindən Rusiya sülhməramlılarının gedib-gələn yük avtomobillərinin artmasıdır. Azərbaycan Prezidenti bir neçə gün öncə yerli televiziyalara verdiyi müsahibədə Laçın yolu ilə gedib-gələn Rusiya sülhməramlılarının yük avtomobillərinin həddən çox artdığının müşahidə edildiyini vurğulamaqla qeyd etmişdi ki, onlar Qarabağdakı ermənilərə lazım olan ərzaq məhsullarını da daşıyırlar. Azərbaycan hələlik vaxt verir, bu məsələyə humanitar məsələlərə görə dözür. Ancaq zamanı yetişəndə həmin avtomobillərin də yüklərinin yoxlanılması məsələsi qaldırıla və yoxlama həyata keçirilə bilər. Sülhməramlının missiyası qanunsuz daşımalarla məşğul olmaq deyil. Erməni əhali get-gedə anlayacaq ki, nə sülhməramlıların gizli ərzaq daşıması, nə də Vardanyanın boş-boş danışıqları ilə onların gələcəyi təmin edilməyəcək, onların yaxşı yaşamaq üçün gələcəyi Azərbaycan qanunlarına tabe olaraq yaşamaqdan keçir".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR