İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda döyüşlər yenidən başlaya bilər? - AY Parti başqanı Anar Əsədli "Canlı debat"da

965 01.03.2021 13:38 Gündəm A A

Ermənistanın baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdib. Hökumətin mətbuat xidmətindən verilən məlumata görə, iclas iştirakçıları Ermənistanın daxili və xarici təhlükəsizliyi, dövlətin qarşısında duran çətinliklər və onların aradan qaldırılması yollarını müzakirə ediblər.

Lakin iclasda nə prezident Armen Sarkissian, nə də Baş Qərargahın rəhbəri Onik Qasparyan iştirak etməyib. Konflikt Ermənistanda daha da dərinləşir, hakimiyyət böhranı baş alıb gedir. Azərbaycan bundan daha çox sevinməlidir, yoxsa...?

Moskvada Azərbaycan, Ermənistan və Rusiyanın baş nazirlərinin müavinlərinin üçtərəfli görüşü keçirilib.

Görüşün iştirakçıları Dağlıq Qarabağın inkişafı planlarını müzakirə ediblər. Bundan əlavə, həm avtomobil, həm də dəmir yolu nəqliyyatı ilə bağlı ekspertlərin hesabatları nəzərdən keçirilib. Sərhəd, gömrük nəzarəti də daxil olmaqla daşımalara nəzarət də müzakirə edilib.
Qeyd edilir ki, işçi qrupun növbəti iclası bu gün videokonfrans formatında keçiriləcək.

Azərbaycan prezidentinin son mətbuat konfransında verdiyi mesajlar dünyada və düşməndə necə əks-səda yaratdı? İ.Əliyev Rusiyaya hansı ismarıcları yolladı?

Bu və gündəmdəki digər mövzuları Ay Partiyasının başqanı Anar Əsədli ilə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Bunun üçün Musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, paylaşa bilərsiz.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR