İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda bu layihələrə 4,5 milyard manat xərclənib

238 12.06.2026 13:22 Ölkə A A

“İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2025-ci ilin dövlət büdcəsinin xərclərinin müvafiq istiqamətləri üzrə 4,5 milyard manat vəsait ayrılıb”.

Musavat.com bildirir ki, maliyyə naziri Sahil Babayev bunu Milli Məclisin plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, ayrılan vəsaitin 4 mlrd. manatı infrastruktur təyinatlı layihələrin, 440 mln. manatı sosial təyinatlı layihələrin, 10 mln. manatı müdafiə və hüquq mühafizə təyinatlı layihələrin maliyyələşməsinə, 75 mln. manatı isə ərazilərin minalardan təmizlənməsinə yönəldilib.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR