Rusiyada yanacaq qıtlığı artıq sosial şəbəkələrdə istehza mövzusuna çevrilib.
Musavat.com xəbər verir ki, Volqoqradda çəkilən və sürətlə yayılan videoda səslənən " Vay! Volqoqradda nəhayət benzin tapıldı. Qaloçka, sən indi şok olacaqsan" sözləri internet istifadəçiləri tərəfindən lağ və zarafat mövzusuna çevrildib.
Rusiyanın müxtəlif bölgələrində yanacaqdoldurma məntəqələri qarşısında uzun növbələr yaranıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi vətəndaşların növbəni itirməmək üçün məntəqələrin qarşısında çadır qurur, masa açaraq yemək yeyir və saatlarla benzin gözləyir.
Paylaşılan videolar və fotolar qısa müddətdə viral olub. İstifadəçilər vəziyyəti zarafatla qarşılayaraq benzin növbəsini yeni trend adlandırır, müxtəlif yumoristik şərhlər və paylaşımlar edirlər.
Beləliklə, Rusiyada yanacaq böhranı təkcə iqtisadi problem kimi deyil, eyni zamanda sosial şəbəkələrdə geniş müzakirə olunan və istehza obyektinə çevrilən mövzulardan birinə çevrilib.
Musavat.com






