PlayStation oyunlarının satışı ilə bağlı mühüm dəyişiklik elan edilib.
Musavat.com xəbər verir ki, şirkətdən bildirilib ki, 2028-ci ildən etibarən PlayStation oyunları artıq disk formatında buraxılmayacaq. Bu qərarın alıcıların dəyişən seçimləri ilə əlaqədar olduğu qeyd olunub.
Bundan sonra oyunları yalnız rəqəmsal formatda almaq mümkün olacaq. Dəyişikliklər 2028-ci ilin əvvəlinədək artıq satışa çıxarılmış və ya həmin tarixədək buraxılması planlaşdırılan oyunlara şamil edilməyəcək.
Musavat.com






