Onlayn ictimai-siyasi qəzet

Paylaşımlarda daha bir əsassız iddia irəli sürülərək Argentina prezidenti Xavyer Mileyin guya İsrailin baş naziri Benyamin Netanyahunun qohumu olduğu yazılıb. Sosial şəbəkələrdə sürətlə yayılan başqa bir paylaşımda isə 100 mindən çox izləyicisi olan PalMedia adlı istifadəçi matçdan sonra çəkilmiş videonu dərc edib. Kadrlarda Argentina millisinin formasını geyinmiş azarkeş Misir yığmasının baş məşqçisnin qarşısında İsrail bayrağını dalğalandırır. Misirli məşqçi buna qəzəblə reaksiya verir və azarkeşə tərəf tüpürməyə bənzər hərəkət edir. Bundan başqa, başqa bir yalan iddiada Lionel Messinin guya Benyamin Netanyahunun nikahdankənar oğlu olduğu irəli sürülür. Sosial şəbəkələrdə yayılan başqa bir videoda isə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) üç hərbçisi Argentinanın vurduğu qollardan birinə sevinərək reaksiya verir. Paylaşımın müəllifi yazıb: "Bundan sonra da Argentinanın sionizmi təmsil etdiyini inkar etməyə utanmırlar. O, soyqırımı törədən İsrail ordusunu, Netanyahunu tərifləyir. Bu artıq başağrısına çevrilib."
Misir tərəfi isə Argentinanın üçüncü qolunun da ləğv edilməli olduğunu bildirib. Onların fikrincə, həmin hücumun əvvəlində Məhəmməd Salahla mübarizə zamanı qayda pozuntusu qeydə alınmalı idi. FIFA Hakimlər Komitəsinin sabiq sədri, zamanın tanınmış hakimi Pyerluici Kollina isə Leteksyenin qərarlarını müdafiə edib.Onun sözlərinə görə, hakim həm Misirin qolunun ləğvi, həm də Argentinanın üçüncü qolunun qüvvədə saxlanılması ilə bağlı düzgün qərar verib.