NASA Mars və Ay missiyalarının imitasiyası üçün könüllülər axtarır, lakin bu layihənin özünəməxsus şərtləri var.
İştirakçılar əslində kosmosa getməyəcəklər, lakin bir il müddətində Yer kürəsində tam təcrid olunmuş vəziyyətdə yaşayacaqlar. Bu müddət ərzində onlar elə bir mühitdə fəaliyyət göstərəcəklər ki, hər şey, o cümlədən açıq kosmosda yerinə yetirilən əməliyyatlar real uçuş təəssüratı yaradacaq.
Musavat.com xəbər verir ki, NASA-nın təşkil etdiyi bu qeyri-adi sınaqda iştirak etmək istəyənlər üçün bir sıra ciddi tələblər müəyyən edilib. Namizədlər ABŞ vətəndaşı və ya yaşıl kart sahibi olmalı, 30-55 yaş aralığında olmalı və boyları 188 santimetrdən çox olmamalıdır. Eyni zamanda, ingilis dilini mükəmməl səviyyədə bilmək, NASA-nın fiziki və psixoloji qiymətləndirmələrindən uğurla keçmək şərtdir. Bundan əlavə, namizədlərdə yuxuda gəzmək problemi olmamalı, yuxu dərmanlarından istifadə edilməməli və ciddi qida məhdudiyyətləri olmamalıdır.
Musavat.com






