İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağa köçəcəyini elan edən erməni milyarder sülh müqaviləsini “kağız parçası” adlandırdı

1411 02.09.2022 17:19 Region A A

“Biz müharibədə uduzmuruq. Yalnız özümüz özümüzü məğlub hesab etməyə başlayanda itirə bilərik”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə sentyabrın 2-də Xankəndidə mətbuat konfransı zamanı erməni biznesmen, sosial sahibkar, “Avrora” humanitar təşəbbüsünün həmtəsisçisi Ruben Vardanyan bildirib.

O, erməniləri ruhdan düşməməyə, ümidlərini saxlamağa çağırıb:

“İnsanın ümidi olmayanda heç nəyi dəyişdirə bilmirsən. Öz gələcəyinə, övladının səndən daha yaxşı yaşayacağına inanmaq çox vacibdir. Belə olan halda siz hər şeyə hazır olacaqsınız”.

Erməni iş adamının fikrincə, sülh müqaviləsi sadəcə kağız parçasıdır.

“Əgər siz zəifsinizsə, o, dəyərsizdir. Bu kağız təhlükəsizliyi təmin etməyəcək. Bu cür razılaşmalar çox ölkəyə kömək etməyib. Onların arasında ən güclüləri də var. Mən inanıram ki, hər iki tərəf yeni müharibənin onlar üçün sonuncu olacağını başa düşsə, sülhə yalnız o halda nail olmaq mümkündür”, - deyə Vardanyan söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR