İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” tarix yazdı – Polşa çempionunu ağır hesabla uddu

2186 12.07.2022 22:57 İdman A A

Hələ 1 həftə öncə “Qarabağ” Polşanın Poznan şəhərindəki stadionda yerli “Lex” klubuyla oyanayarkən, matçın ilk 15 dəqiqəsindəcə məlum oldu ki, Ağdam klubu rəqibindən bir baş üstündür.

Oyun, necə deyərlər “təkqapı” tipli oyunlara oxşayırdı. “Qarabağ” 10 oyunçu ilə hücum edir, “Lex” 11 futbolçu ilə müdafiə olunurdu. Topa sahib olma əmsalı, bəlkə də, 70:30 civarında bizimkilərin xeyrinəydi.

Ancaq “Qarabağ”ın futbolçuları bir neçə epizodda topu qapıdan keçirə bilməyəndə futbolun məşhur tərs işi - “vurmayana vurarlar”prinsipi işə düşdü. “Lex” bir dəfə hücuma keçdi və hesabı açdı. Sonra polyaklar elə hey vaxtı uzatmağa, qələbə hesabını qorumağa çalışdılar və buna nail oldular.

Oyundan sonra “Lex”in baş məşqçisi və aparıcı oyunçuları özlərini Madridin “Real” klubuna qalib gəlmiş kimi aparır, öz taktiki məharətlərindən bəhs edirdilər. Ancaq biz bilirdik ki, bu təsadüfi qələbədir və revanşı olacaq.

4.jpg (246 KB)

Aydın məsələydi ki, polyaklar Bakıda da belə edəcəkdilər: 11 oyunçu ilə müdafiə, qəfil hücum, təsadüfi qol və yenidən müdafiədə oturub vaxt öldürmək.

Bu axşamkı oyun başlayan kimi “Qarabağ” ölkə azarkeşlərinə bu isti havada soyuq duş effekti yaşatdı. Yenə təsadüfi bir hücum, ani qol. Ümumi hesab “Lex”in xeyrinə 2:0 oldu.

Bəlkə də çoxları 20-ci saniyədə buraxılan qoldan sonra qələbədən əlini üzdü. Amma televiziya ilə canlı translyasiya olunan matçın qoldan sonrakı ilk dəqiqəsində komandamızın baş məşqçisi Qurban Qurbanovun öz yetirmələrinə əli ilə əla işarəsi göstərdiyi göründü. Bu, “ruhdan düşmyin, hələ 90 dəqiqəmiz var, heç nə itirlməyib, oynamaq lazımdır” mesajı idi.

Oyun yenə Polşadakı kimi “təkqapı” xarakteri almaqdaydı ki, Kadi hesabı bərabərləşdirdi. Sonra Ozobiç komandasını irəli çıxardı. Bundan sonra hesabın fərqli olacağı artıq şübhə doğurmurdu. “Lex” 11 nəfərlə müdafiə olunmaq taktikasından əl çəkən kimi qollar yağış kimi yağdı. Qolların sayı 9-a da çata bilərdi. Amma görünür, “Qarabağ”ın oyunçuları özlərini yıpratmaq istəmədilər, güclərini sonrakı oyuna saxlamaq istədilər.

5.jpg (157 KB)

Bu oyunla “Qarabağ” tarix yazdı. “Lex” klubu son 30 ildə “Spartak”dan başqa heç bir komandaya 1:5 hesabı ilə uduzmamışdı. “Qarabağ” da milli çempionatı Azərbaycanınkından qat-qat güclü olan ölkənin çempionunu bu hesabla udmamışdı. Bunların hamısı bu gün oldu.

Artıq 10 ildir ki, “Qarabağ” təkcə Ağdamın, Qarabağın, hətta Azərbaycanın komandası deyil. O, bütün dünyada yaşayan azərbaycanlıların baş komandasıdır. Bu komanda təkcə adına görə sevimli deyil, qazandığı qələbələrə görə, azərbaycnlılara silsilə qələbə sevincləri yaşatdığına görə sevimlidir.

Ən ümdəsi, “Qarabağ” özündən güclü komandaya uduzanda da, meydanda şir kimi savaşır, pəs etmir, ruhdan düşmür, təslim olmur.

f20b4755-b971-4e79-9372-bd3df094b8c6.jpg (97 KB)

“Qarabağ” belə komandadır. Ona görə də hər dəfə oyundan qabaq minlərlə adam “Qarabağ”, can, “Qarabağ” deyir.

"Qarabağ" stadionu azarkeşlə, qəlbimizi fərəhlə, düşmənlərimizin qarnını sancı ilə dolduran komandadır.

Xalid Kazımlı,

Elşad Paşasoy (fotolar)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR