İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" - "Sürix" matçının hakimləri bəlli olub

651 14.07.2022 17:26 İdman A A

Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün təyinatlar açıqlanıb.

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Bosniya və Herseqovinadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Irfan Peltoya Senad İbrisimbeqoviç və Davor Belyo laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Miloş Giqoviç yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR