İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ"ın rəqibinin iki əsas futbolçusu zədələndi

816 28.09.2022 13:08 İdman A A

Avropa Liqasının qrup mərhələsində növbəti oyunlarını "Qarabağ"a qarşı keçirəcək Yunanıstanın "Olimpiakos" klubunun iki əsas futbolçusu zədələnib.

Qol.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki. Çexiya millisində çıxış edən qapıçı Tomaş Vatslik Millətlər Liqasının 6-cı turunda İsveçrə ilə oyunda sıradan çıxıb.

Cənubi koreyalı Hvan Uy Co isə Kameruna qarşı yoldaşlıq görüşündə zədə alıb. 72-ci dəqiqədə oyuna daxil olan hücumçu 10 dəqiqə sonra əvəzlənib. Hvan Uy Co mətbuata verdiyi açıqlamada bildirib ki, onda əzələ ağrısı var və müalicəyə düzgün yanaşsa, tezliklə sıraya dönəcək.

Qeyd edək ki, oktyabrın 6-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR