İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ"ın müdafiəçisi: "Müsbət nəticə üçün cavab oyununda bütün gücümüzlə çalışacağıq"

"Çətin oyun oldu. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Aktivimizə növbəti qələbəni yazdırdıq. Cavab matçında da eyni səylə mübarizə aparmalıyıq. Bilirik ki, rəqibin meydançası çox pis durumdadır. Amma yenə də əlimizdən gələni etməliyik ki, müsbət nəticə qazanaq".

“Report”un məlumatına görə, bu sözləri "Qarabağ"ın müdafiəçisi Vild-Donald Gerye evdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra brifinqdə deyib.

Haitili müdafiəçi jurnalistlərin digər suallarını da cavablandırıb:

- Ötən mövsüm "Sumqayıt”ı ilk oyunda məğlub etsəniz də, səfərdə 0:2 uduzaraq, kubokda mübarizəni dayandırdınız.

- Əlbəttə, xatırlayıram. Çünki mən özüm də həmin oyunun iştirakçısı olmuşam. Keçmiş adama çox şeylər öyrədir. Amma indiki vəziyyət tamam başqadır. Müsbət nəticə əldə etmək üçün cavab oyununda da bütün gücümüzlə çalışacağıq.

- Çempionatda "Keşlə"ni 5:1 hesabı ilə məğlub etsəniz də, bu gün cəmi 1 qol vura bildiniz. Səbəb nə oldu?

- Düzdür, çempionatda böyük fərqlə qalib gəldik. Ancaq rəqib də komandadır, onların da hissləri var. Təsəvvür edin, sizi bir dəfə döyən şəxslə yenidən qarşılaşırsınız. Nə edəcəksiniz? Təbii ki, müdafiə olunacaqsınız. Ancaq əsas qələbə qazanmaq idi ki, bunu da bacardıq. İndi növbəti oyuna köklənmək lazımdır.

- "Çemodan" əhval-ruhiyyəsindəsiniz?

- Hamı kimi, bizim də istirahətə ehtiyacımız var. Ailəmi ildə 1-2 dəfə görmək imkanım olur. Sonuncu dəfə milli komandanın düşərgəsinə gedəndə ailəmi görə bilmədim. Çünki onlar bizim məskunlaşdığımız yerdən 8 saatlıq məsafədə yaşayırlar. Ailəm mənim üçün çox önəmlidir. Yəqin ki, siz də bu cür düşünürsünüz. Ancaq qarşıda hələ bir oyun var. Bütün diqqətimizi həmin cavab görüşünə yönəltməliyik.

- Sizcə Azərbaycanda ilin ən yaxşı əcnəbi futbolçusu kimdir: siz, yoxsa Miçel? Azarkeş olsaydınız, kimə səs verərdiniz?

- Əlbəttə ki, özümə səs verərdim. Yaxşı mövsüm keçirmişəm və özümü ən yaxşı sayıram.

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2019

BÜTÜN XƏBƏRLƏR