İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ”ın estetik oyunu yüksək səviyyədə idi” – Polşalı məşqçi

613 07.07.2022 12:20 İdman A A

“Azərbaycan komandasının estetik oyunu yüksək səviyyədə idi. Amma bu, “Lex”in cərimə meydançasına kimi oldu”.

Qol.az xəbər verir ki, bu sözləri polşalı futbol mütəxəssisi Boquslav Kaçmarek ölkəsinin “Polsatsport” nəşrinə müsahibəsində deyib. O, Çempionlar Liqasının birinci təfnifat mərhələsinin “Lex” – “Qarabağ” matçını (1:0) şərh edib.

Polşada bir çox klubu çalışdırmış 72 yaşlı məşqçi Ağdam komandasının oyunu barədə müsbət fikirlər səsləndirib:


“Rəqibin topla və müdafiədəki etibarlı oyununu qeyd edə bilərəm. Matçın çox hissəsində biz topa çox nəzarət edə bilmədik. Hətta top özümüzdə olandə belə. “Lex” tez-tez itkilərə yol verirdi. Nəticə yaxşıdır. Amma mən Bakı səfərindən əvvəl yüksək nikbinlikdən qaçmağın tərəfdarıyam. İstənilən halda, ilk matçda çox yaxşı oynamamasına baxmayaraq, “Lex”in üstünlüyü var. Komanda qalib gəlib və bu, təsadüfi deyil”.

Xatırladaq ki, “Qarabağ” – “Lex” cabab oyunu iyulun 12-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR