İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” “Barselona” ilə oynasa...

8120 14.07.2017 10:10 İdman A A

“Samtrediya”, Tiflis “Dinamo”su və Kote Maxardze...


“Qarabağ” Gürcüstan çempionuna Bakıda 5:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə adladı. Əgər fövqəladə bir hadisə baş verməzsə, məsələn, iyulun 18-də “Samtrediya”nın əvəzinə meydana..." Barselona"kimi klub çıxarsa, “Qarabağ”ın mərhələ keçə biməyəcəyini bəlkə də güman kimi yazmaq olar. Çünki belə möcüzələri adətən kataloniyalıların klubu bacarır...


“Samtrediya”nın baş məşqçisi George Tsetdzade “hələ hər şey itirilməyib” deməsini bir gürcü zarafatı kimi qəbul etmək lazımdır, həm də elə azərbaycanılar da arada belə situasiyada zarafatla deyirlər: “Nəylə Alış?”..


***


Gürcüstan çempionunun Bakıda belə zəif oyun göstərəcəyini, doğrusu, gözləməzdim. Amma bu, yaxşı nostalji oldu. Hələ SSRİ çempionatı dövrü Tiflis “Dinamo”su ilə “Neftçi”nin Bakıdakı oyunları yada düşdü. Bu qarşılaşmalar həmişə maraqla izlənirdi. Yeri gəlmişən, dünyamızın düz vaxtı Azərbaycanda təkcə Kiyev “Dinamo”suna deyil, Gürcüstanın da eyni adlı klubuna azarkeşlik edənlər az deyildi. Bunlar əsasən Gürcüstanla xırda ticari əlaqəsi olanlar, ya da Tiflisdə qohum-əqrəbası yaşayanlar idi. Klub səhv etmirəmsə, 1981-ci ildə Kuboklar Kubokunu aldıqdan sonra daha da populyarlaşmışdı. SSRİ-dən bu mötəbər kubok gürcülərdən başqa, iki dəfə Kiyev “Dinamo”suna qismət olub. Vəssalam...


***

1340292539_ramza-shengeliya.jpg (63 KB)


SSRİ-nin dörd bir tərəfində, harda gürcü varmışsa, orda Tiflis “Dinamo”su varmış sən demə. Çünki bizə baxmayın, deyilənə görə, (bəlkə də indi rəvayət kimi görünər) gürcülər... "Dinamo"dan başqa (1987-ci ildə Quriyanın “Lançxuti” deyilən bir klubu da SSRİ çempionatında bir sezon oynadı, Kutasi “Torpedo”su da üç sezon yüksək liqada oynayıb) komandaya azarkeşlik etməzmişlər.


Gürcülərlə qarşılaşma “Ararat” kimi “ölüm-dirim” məsələsi olmurdu, bu səbəbdən də heç-heçənin daha çox qeydə alındığını xatırlayıram. Tiflisdəki qarşılaşmalara “Araz” radiosundan qulaq asmaq olardı, o da məhəllədə əl radiosu tapsan.. 


***


“Samtrediya”nın baş məqçisi etiraf edib ki, indi Azərbaycan futbolu onun ölkəsindən daha yaxşı inkişaf edib. Amma Gürcüstan futbolu keçmiş SSRİ-də Azərbaycandan daha güclü hesab olunurdu, ona görə sovetlərin əsas komandasına Qafqazdan elə əsasən gürcülər cəlb olunurdu. İnsafən, Tengiz Sulakvelidze, Aleksandr Çivadze və Ramaz Şengeliya kimi futbolçular SSRİ millisində heç də pis oynamırdılar. Biz də onları “bolet” edərdik, qafqazlıyıq axı...

dynamo-tb-1980.jpg (288 KB)


***


“Qarabağ”ın oyununda iki şərhçimizin hərdən eyni vaxtda danışması bir də nəyi xatırlatdı? “Vnimani-vnimani! Qovorit i pokazıvayet Tibilisi”... Kote Maxaradzenin bu tilsimli səsini hərdən “Youtube” kanalından tapıb dinləyin, izaholunmaz nostaljidir... Levitanın müharibə dövründə əzəmətli səsi hansı rolu oynayıbsa, Maxaradze və Ozerov kimi şərhçilər futbolda o yerə layiqdirlər...


Niyə gürcü şərhçilərin ruscası bu qədər qulağa yatımlı olurdu, bu sirri hələ də bilmirəm...

a3c9b79c.jpg (195 KB)


***


Bu qarışıq hisslərlə “Qarabağ” 3-cü qolu vurduqdan sonra rahatladım, amma sonra gürcülərə yazığım gəldi. Bu futboldur, mötəbər turnirdir, çox top vurmaq lazımdır ki, növbəti oyunda rahat meydana çıxa biləsən. Amma çempiona 5 cavabsız qol!? “Samtrediya”da nəyi bəyəndim? Əsl gürcü komandası olmasını. Aydındır, balaca büdcəsi olan klubun bahalı oyunçu almaq lüksu yoxdur. Amma yəqin səbəb yalnız pulda deyil. Start heyət elan olunanda sonluqda ancaq bir familiya (Bakar Balde) qulağıma yad gəldi, qalanlarının soyadı ənənəvi “dze” və ya “şvili” ilə sonuclanırdı. Heyətin güclü olmadığını matçın hesabı da deyir, amma “Samtrediya”nın əsl gürcü klubu olduğunu heç kim inkar da bilməz.


“Samtrediya”nın daha bir nəzərəçarpan cəhəti uzun ötürmələrdən istifadə etmələri idi. Müasir futbolun bəlasına çevrilən “tiki-taka”ya (topa qısa ötürmələrlə nəzarət) bir ara “Qarabağ”ın oyunlarında da rast gəlinirdi. İndi bir oyunu dəqiq xatırlayıram: 2015 Avroliqa sezonunda İngiltərənin “Totenhem” klubu ilə səfər oyunu. Peşəkarlar və statistiklər bəlkə razılaşmazlar, amma o oyunda “Qarabağ” qısa ötürmələrdə kobud səhvlərin ucbatından uduzdu. Bu qısa ötürmələr futbolun baxımlılığını öldürür.


“Samtrediya”nın uzun ötürmələrdən daha çox istifadə etməsi ağır məğlubiyyətin qarşısında gözə çarpmadı bəlkə də. Amma top rəqibdə olanda meydanın mərkəzini bəzən iki-üç ötürmə ilə keçmələri gürcülərin (ürəklə belə demək olar) aktivinə yazılmalıdır.


Gürcülər hesaba görə oynamadılar, hamısı “dze” və “şvili”dir deyə xüsusi kimisə fərqləndirmək də olmur. Amma gürcülərin fiziki cəhətdən tez yorulduqları da hiss olundu. Bu da, zənnimcə, həm də mentalitetdən qaynaqlanır. Təəəcüblənirsiz ki, futbolun mentalitetə nə dəxli? Deyim. Gürcülər Qafqazda tənbilikləri ilə ad çıxarıblar. Toplumun qanında sanki bir tənbəlik geni var. İllər öncə Batumidə şahidi olmuşam. Batumiyə gəlmiş prezident Saakaşvili əsəbi tonda yerli televiziyada danışırdı, məmurları danlayırdı. Gürcü qarsondan soruşdum ki, kişi niyə əsəbləşib? Dedi, bunları danlayır ki, niyə dəniz kənarındakı tikililər hələ də yarımçıqdır... Səhəri gürcü məmurlar ustaları tökmüşdülər dəniz kənarına. Guya nəsə besetkalar quraşdıracaqdılar. Maraq üçün şəhərdə qaldığımız beş gündə hər gün ora getdik. Ustalar tənbəl-tənbəl bir mıx vurub düşür, bir saat oturub siqaret çəkir, söhbət edir, sonra yenidən nərdivana dırmanıb bir mıx vururdular... Əlbəttə, gürücülərin də zəhmətkeşləri çoxdur. Amma toplum kimi məndə tənbəl təəssüratı yaratdı. “Samtrediya”ya bu mənada doğrudan da bir-iki legioner lazımdır ki, hücumçular üçün daima top daşısın, 90 dəqiqə meydanda qaçsın. Matçın sonlarına yaxın baş məşqçi sanki klubu “yatmağa” qoymamaq üçün konkret oyunçulara hansı rəqibin üzərinə getməsini hətta əli ilə nişan verməli olurdu.

images.jpg (11 KB)


“Samtrediya” öz meydanında Bakıdakından daha yaxşı oynamağa, qol vurmağa, hətta minimal hesabla da olsa, qalib gəlməyə çalışacaq. Baş məşqçinin optimizmi əslində belə başa düşülə bilər...


***


“Qarabağ”a da təşəkkür düşür ki, rəqibin zəif olmasına baxmayaraq, oyunu “öldürmədilər”. Qurban Qurbanovun bu jesti alqışlanmalıdır. Klubun təbii olaraq zəif rəqibə daha çox qol vurmaq istəyini qoyaq bir kənara. Axıradək oynamaq seçimi, məncə, ən əvvəl stadiona toplaşmış minlərlə azerkeşə hörmət demək idi. Hesabdan asılı olmayaraq oynamaq. “Qarabağ” əslində birinci hissədə oyunun taleyini həll etmişdi (3:0). İkinci hissədə qismən arxayın oyun göstərə bilərdi. Amma “Qarabağ” sonadək oynadı və azarkeşləri daha 2 qolla sevindirdi.


***


“Qarabağ” gözləniləndən yaxşı oynadı. Çempionatdakı tətil futbolçulara təsir edib, xətlər arasında əlaqələr tez-tez qırılır, ötürmələrdə hələ çox səhvlər var.


***


“Qarabağ” fövqəladə bir hadisə baş verməsə, iyulun 18-dən sonra növbəti mərhələyə hazırlaşmalıdır. Növbəti rəqib isə dostumuz gürcülər olmayacaq...


Nazim SABİROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR