İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qanuni oğru" Antalyada SAXLANILDI

1706 02.04.2023 23:50 Kriminal A A

Türkiyənin Antalya şəhərində rusiyalı "qanuni oğru" Roin Uqlava (Mateviç) saxlanılıb.

Bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Bildirilir ki, Uqlavanın həbsi barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) göstəriş verib.

Qeyd edək ki, bundan əvvəl FTX Türkiyəyə bu ölkənin ərazisində olan və onun təhlükəsizliyinə təhlükə yarada biləcəyi iddia edilən rusların siyahısını göndərib. Nəticədə Türkiyədə yaşamaq icazəsi olan 4 "qanuni oğru" Hüseyn Əhmədov (Hüseyn Slepoy), Vladimir Jurakovski (Vova Puxlı), Otari Totoçiya (Batya), Elqudja Turkadze (Qudja) saxlanılaraq deportasiya həbsxanasına göndərilib.

Həmçinin, saxlanılan şəxslərin mərhum "qanuni oğru" Nadir Səlifovun ("Lotu Quli") yaxın adamları olduğu bildirilir. (Gundem.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR