İnsanlara hürriyət, millətlərə istiqlal!

Qanlı hücumun baş verdiyi zalda minlərlə insan olub – ŞOK rəqəmlər VİDEO

1418 22.03.2024 23:10 Dünya A A

"Crocus City Hall"a gələn ziyarətçilərin mümkün sayı 6200 nəfər olaraq təxmin edilir.

Musavat.com xəbər verir ki, tamaşaçıların sayı ilə bağlı bu təxmini Baza Telegram kanalı təqdim edib.

Nəşr öz qiymətləndirməsində ona istinad edir ki, “Piknik” qrupunun “Crocus City Hall”da baş tutmalı olan konsertinə, demək olar ki, bütün biletlər satılıb. Eyni zamanda, SHOT Telegram kanalı ziyarətçilərin mümkün sayının fərqli qiymətləndirilməsini verib - 7,2 min nəfər.

Ayrıca zalın maksimum tutumunun doqquz min nəfəri keçdiyini vurğulanır.

Xəbər verilir ki, “Crocus City Hall”a hücum və atışma nəticəsində yaralanan və ölənlərin ümumi sayı 140 nəfərə çatıb, Telegram 112 kanalı mənbəyə istinadən xəbər verir.

Kanal həmçinin bildirib ki, binada və damında baş verən yanğının sahəsi təxminən 3000 kvadratmetr olub.

Daha əvvəl təxminən 40 nəfərin öldüyü, 50 nəfərin yaralandığı bildirilirdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR