İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalkin üzərindən "xarici agent" statusunun götürülməsini TƏLƏB ETDİ

537 16.05.2023 19:10 Şou-biznes A A

Məşhur yəhudi əsilli, rusiyalı şoumen Maksim Qalkin üzərindən "xarici agent" statusunun ləğv olunmasını tələb edib.

Musavat.com Rusiya mətbuatına istinadən bildirir ki, Qalkin bununla bağlı Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə qarşı məhkəməyə müraciət edib.

Bu barədə TASS-a Moskvanın Zamoskvoretski Məhkəməsindən məlumat daxil olub.

Xatırladaq ki, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi 2022-ci ilin sentyabrında Qalkini "xarici agentlər" siyahısına daxil edib. Buna səbəb kimi sənətçinin "siyasi fəaliyyət aparması" göstərilib. Bunun ardınca SSRİ xalq artisti, Maksim Qalkinin həyat yoldaşı Alla Puqaçova əri ilə həmrəy olduğu üçün onun da adının "xarici agentlər" siyahısına əlavə edilməsi xahişi ilə Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə müraciət etmişdi.

Onu da əlavə edək ki, M.Qalkin və ailəsi Ukraynada hərbi əməliyyatlar başlayandan sonra dərhal Rusiyanı tərk ediblər. 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR