İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qalatasaray"ın futbolçusu: "Azərbaycan qardaş ölkədir, bizi çox yaxşı qarşıladı"

799 27.03.2023 00:55 İdman A A

"Azərbaycan qardaş ölkədir, bizi çox yaxşı qarşıladı".

"Report"un məlumatına görə, bunu "Qalatasaray"ın futbolçusu Yunus Akgün Bakıda "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunundan sonra deyib.

23 yaşlı yarımmüdafiəçi matçın maraqlı və çətin alındığını bildirib: "Eyni zamanda anlamlı qarşılaşma idi. Hər iki komandaya gözəl oyuna görə çox sağ ol düşür".

Forvard komandanı coşqu ilə qarşılayan azərbaycanlı azarkeşlərə təşəkkür edib: "Burada bizi bir çox "Qalatasaray" fanatı qarşıladı. Təyyarədən düşdüyümüz andan etibarən özümüzə qarşı xoş münasibət gördük".

Qeyd edək ki, "Qarabağ" - "Qalatasaray" oyunundan əldə olunan bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR