İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin reytinq göstəriciləri TƏƏCCÜB doğurdu

1964 16.08.2023 21:43 Son xəbər A A

Rusiyanın Korrupsiyaya qarşı Mübarizə Təşkilatı Almaniya və Fransada Vladimir Putinin nə dərəcədə populyar olduğu ilə bağlı sorğu keçirib.

Musavat.com xəbər verir ki, bu barədə təşkilatın teleqram kanalında məlumat yayılıb.

Bu məqsədlə FBK sosioloji xidməti Almaniyadan 800, Fransadan isə 554 respondent arasında apardığı sorğunun nəticələrini təhlil edib. Alınan nəticələrə əsasən, 35%-i Putinə münasibətini “kifayət qədər müsbət”, 34%-i isə “olduqca mənfi” kimi qiymətləndirib. Fransızlar arasında keçirilən sorğunun nəticələri təxminən eyni görünür: 43%-ə qarşı 39%. Sorğuda iştirak edən almanların 32%-i Putini “güclü lider”, 33%-i isə “təhlükəli siyasətçi” kimi xarakterizə edir.

Sosioloji sorğunun iştirakçıları Ukraynada müharibəni kimin başlatması sualına da cavab veriblər. Almaniya və Fransadan olan respondentlərin əksəriyyətinin cavabı ABŞ olub. Putin ikinci yerdədir.

“Ümid edirəm ki, yuxarıdakı məlumatlar sizi (Avropa ölkələri - red.) Putini Avropada qatil adlandırmağın və bunu çox yüksək səslə etməyin vacibliyinə inandırıb”, - deyə Leonid Volkov sorğunun nəticələrini şərh edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR