İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin əsir mübadiləsində əsas istəyi bu olub - DETALLAR

690 02.08.2024 13:03 Dünya A A

ABŞ uzun müddətdir ki, Rusiyada həbsdə olan amerikalıları azad etməyə çalışıb və bununla bağlı Moskvaya bir sıra təkliflər verib. Lakin Moskva bu sövdələşməyə yalnız 2024-cü ilin iyul ayının əvvəlində razılaşıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Kanalın xəbərinə əsasən, mübadilə məsələsi Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndələrinin bu ilin iyun ayında Yaxın Şərq ölkələrindən birində rus kəşfiyyatçıları ilə görüş keçirdikdən sonra baş verib.

CNN Vadimir Putinin ən çox bir adamın azad olunmasında israrçı davrandığını qeyd edib. Bu Almaniyada, 2019-cu ildə keçmiş çeçen mücahidi Zelimxan Xanqoşvilini öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilmiş Vadim Krasikovdur.

ABŞ və Almaniya arasında Krasikovla bağlı danışıqlar təxminən bir il, 2023-cü ilin martından 2024-cü ilin martına qədər çəkib. Gələn informasiyalara əsasən, ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harris şəxsən Almaniya kansleri Olaf Şoltsu Krasikovu ekstradisiya etməyə inandırmağa çalışıblar

Şolts 2024-cü ilin fevralında, Aleksey Navalnının ölümündən bir müddət əvvəl mübadilə məsələsinə razılıq verib. Əslində Aleksey Navalnı da dünən azad olunanların arasında olmalı imiş. Lakin müxalif siyasətçi müəmmalı səbəblərdən qaldığı həbsxanada ölüb. ABŞ-a mübadilə ediləcək şəxslərin yekun siyahısı martda formalaşıb və iyunda Almaniya hakimiyyəti Krasikovu ekstradisiya etməyə hazır olduqlarını təsdiqləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR