İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən SENSASİON ANONS: yeni müharibəyə hazırlıq – Sərhədə nüvə başlıqları yığılır – Kamran Həsənli və Sevinc Telmanqızı CANLIda

718 18.12.2023 16:11 Son xəbər A A

Rusiya Prezidenti Vladimir Putin növbəti dəfə Finlandiya və ABŞ-ı hədələyib. Belə ki, o, sovet dövründə mövcud olan Leninqrad Hərbi Dairəsini yenidən yaradacağını bildirib. Buna əsas kimi isə ABŞ-ın Finlandiyada mövcud olmasını göstərib. Putin həmçinin Finlandiya ilə sərhədə əlavə hərbi qüvvələrin cəlb ediləcəyini və regiona nüvə başlıqlı ballistik raketləri yerləşdirəcəyini açıqlayıb.
Putinin Finlandiyanı NATO-ya üzv olduğu üçün hədələməsi gecikmiş qatardan verilən siqnala bənzəyir. Çünki Rusiyanın Ukraynadakı müharibədə əldə etdiyi hərbi-taktiki və bəzi geosiyasi üstünlüklərinə baxmayaraq, Finlandiya NATO-ya üzv oldu. Bu, Rusiyanın NATO-nun genişlənməsinə qarşı mübarizəsinin o qədər də effektiv olmadığını göstərən bir nüansdır.
Finlandiyanın hədələnməsi sadəcə olaraq NATO-nun Rusiya əleyhinə yarada biləcəyi əlavə təhdidlərə rutin reaksiyadır. Leninqrad Hərbi Dairəsinin yaradılması, Rusiyanın şimal-şərqinə hərbi hissələr cəmləmək planlarına gəlincə, bu, hipotetik potensial genişmiqyaslı müharibəyə hazırlıq məqsədinin elanıdır.

Rusiya üçün hər hansı NATO ölkəsinə hücum sərfəli variant deyil. Lakin Alyansın genişlənmə siyasətinin oxları Moskvanın strateji maraqlarına sancıla bilər ki, bu da Kreml üçün qəbuledilməzdir.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 16.00-da aparıcı Kamran Həsənli və Sevinc Telmanqızı Kamranla 1 verilişində müzakirə edəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR