İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putin, oğullarımızı qaytar” - İrəvanda aksiya

1127 23.11.2022 15:04 Region A A

Ermənistanın paytaxtı İrəvan şəhərində 44 günlük müharibədə itkin düşən və həlak olan hərbçilərin yaxınları etiraz aksiyası keçirib. Onlar hakimiyyətdən və beynəlxalq strukturlardan əsir, itkin düşmüş oğullarını geri qaytarmağı tələb ediblər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, aksiya iştirakçıları Rusiyanın Ermənistandakı səfirliyinin binasına doğru yürüş ediblər.

Etirazçıların əllərində erməni və rus dillərində “Putin, oğullarımızı qaytar”, “Ermənistanla Rusiya arasında qardaşlıq dağılmasın”, “Erməni əsirləri Azərbaycandan qaytarın” deyə yazılmış plakatlar olub.

Aksiyada iştirak edənlər Rusiyanın Ermənistandakı səfirliyinin binası ilə üzbəüz Zəkiyan küçəsini bağlayıblar. Ölən əsgərin qohumu Arsen Qukasyan jurnalistlərə etirazçıların əsas tələblərini təqdim edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR