İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Avropada təhlükəsizlik sisteminin dayaqlarından birini ləğv etdi

916 29.05.2023 14:56 Region A A

Rusiya prezidenti Vladimir Putin Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin (ingiliscə CFE) denonsasiyası haqqında qanunu imzalayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, buna səbəb kimi “sazişin 1990-cı illərin əvvəllərindən NATO-nun genişlənməsi ilə əlaqədar genişmiqyaslı hərbi-siyasi dəyişikliklərin təsirilə köhnəlməsi və reallıqla əlaqəni itirməsi” göstərilib.

Mayın 16-da Dövlət Dumasının deputatları prezidentin təklifini yekdilliklə dəstəkləyiblər. Mayın 24-də Federasiya Şurası Dumanın qərarını təsdiqləyib.

CFE Müqaviləsi 1990-cı ildə Parisdə NATO-nun 16 ölkəsinin və Varşava Müqaviləsi Təşkilatının 6 ölkəsinin nümayəndələri tərəfindən imzalanıb. Sənəd 1999-cu ildə yenilənib, lakin onu yalnız 4 iştirakçı - Moskva, Kiyev, Astana və Minsk ratifikasiya edib. Saziş onu imzalayanlar üçün döyüş tankları, zirehli texnika, artilleriya, hücum helikopterləri və təyyarələrin sayına məhdudiyyətlər gətirirdi.

Qeyd edək ki, Vladimir Putin sözügedən sazişin ləğvi haqqında qanun layihəsini Dövlət Dumasına mayın 10-da təqdim etmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR