İnsanlara hürriyət, millətlərə istiqlal!

PSJ-də Mbappedən narazılıq: “Ən yaxşı oyununu göstərmir”

739 08.03.2023 00:29 İdman A A

PSJ-nin idman direktoru Luis Kampos komandanın hücumçusu Kilian Mbappenin performansından narazıdır.

Bu barədə o, “Telefoot” telekanalına açıqlamasında deyib.

Klub rəsmisinin sözlərinə görə, Fransa millisinin üzvü daha yaxşısını etmək iqtidarındadır:

“Mbappe daha yaxşısını etməlidir. Onun bunu bacaracaq potensialı var. Kilian indi ən yaxşı oyununu göstərmir. 25-26 yaşında daha fərqli və möhtəşəm oyunçu olacaq. Amma zirvəyə qalxmaq üçün çox çalışmalıdır”.

24 yaşlı hücumçu bu mövsüm 30 oyunda 30 qol vurub. O, 201 qolla PSJ tarixinin ən yaxşı bombardiridir.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR