İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojin Putinin çıxış etdiyi sammitdə: Peterburqda nə baş verir?

1681 27.07.2023 16:00 Gündəm A A

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin son yayılan fotosu sosial şəbəkələrdə maraqla qarşılanıb. Proiqojinin hazırda Sankt-Peterburqda keçirilən Rusiya-Afrika sammitində iştirak etdiyi məlum olub. O, sammitdə olan Mərkəzi Afrika ölkələrinin nümayəndələri ilə görüşüb. İyunun sonlarında Rusiyada hərbi çevrilişə cəhd edən qruplaşmanın rəhbərinin qiyamdan sonra əvvəl Belarusa getdiyi deyilsə də, daha sonra Moskvada olduğu üzə çıxmışdı.

Qısa müddət öncə Belarus ordusuna təlim keçən vaqnerçilərin düşərgəsindən yarıçılpaq fotosu yayılan Priqojinin Putin tərəfindən bağışlandıqdan sonra haqqında heç bir qərar verilməməsi, bunun üstünə Rusiya Prezidentinin şəxsən iştirak etdiyi sammitə gəlməsi ciddi müzakirə mövzusuna çevrilib.
Rusiyada nələr baş verir? Priqojindən Putinə yeni təhdidlər ola bilərmi?

Həm Rusiyada, həm də Qarabağda hazırda baş verənlərin təhlilini aparıcı Kamran Həsənli ilə Kamranla 1 verilişində izləyə biləcəksiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/TVmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR