İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin təyin etdiyi bu şəxslərə yaş həddi şamil edilimir

2384 13.03.2024 13:19 Gündəm A A

Azərbaycan Prezidenti tərəfindən vergi orqanlarına təyin edilən vəzifəli şəxslərə xidmətdə olması üçün son (65 yaş - red.) yaş həddi şamil edilimir.

Musavat.com xəbər verir ki, bunu İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinini iclasında deyib.

Onun sözlərinə görə, bu, digər dövlət qulluğunda işləyənlər üçün də belədir:

“Prezident tərəfindən təyin edilən vəzifəli şəxslərin istər 65 yaşı olsun, istər 70 yaşı, qanunun müvafiq maddəsi onlara aid edilmir”.

Qeyd edək ki, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə əlavə olunan yeni maddəyə əsasən, vergi orqanlarının vəzifəli şəxslərinin xidmətdə olmasının yaş həddi 65-dir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR