İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin təqaüdün artırılması ilə bağlı sərəncamı 110 minə yaxın tələbəyə şamil olunacaq

1925 14.02.2019 17:58 Ölkə A A

"Prezident İlham Əliyevin tələbələrin təqaüdünün artırılmnası ilə bağlı sərəncamı 110 minə yaxın tələbəyə şamil olunacaq".

"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin fevralın 14-də imzaladığı müvafiq sərəncam 110 minə yaxın təhsilalanın sosial müdafiəsini gücləndirəcək: "Dövlət büdcəsinin vəsaiti hesabına 2019- cu ilin martın 1- dən təqaüdlər orta hesabla 20% -ə yaxın artacaq.

Cəsarət Valehov ile ilgili görsel sonucu

Cəsarət Valehov 

Cənab Prezidentin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə digər sərəncamı ilə 2019-cu ilin martın 1- dən təqaüd yerlərinin sayı 16000 vahid artırılıb və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına nisbəti hazırki 31 faizdən 45 faizə çatdırılacaq".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR