İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident yeni fərman İMZALADI

14497 08.07.2024 11:56 Ölkə A A

Prezident İlham Əliyev Avropa Komissiyasının Qeydiyyata Alınmış İxracatçılar Sistemindən istifadə ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb.

Musavat.com xəbər verir ki, fərmana əsasən, İqtisadiyyat Nazirliyi Avropa Komissiyasının Qeydiyyata Alınmış İxracatçılar Sistemindən (REX) istifadə məqsədilə ixracatçıların qeydiyyata alınması barədə təsdiqedici kodun verilməsini, Ümumiləşdirilmiş Preferensiyalar Sistemi (GSP) daxilində birtərəfli qaydada tarif preferensiyalarının (güzəştlərinin) verilməsi ilə bağlı Avropa İttifaqına üzv olan dövlətlərdən, habelə Norveç və İsveçrədən daxil olan sorğuların cavablandırılmasını və bu çərçivədə digər işlərin həyata keçirilməsini təmin edən vahid səlahiyyətli orqandır. 

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməli, İqtisadiyyat Nazirliyi ixracatçıların qeydiyyata alınması barədə təsdiqedici kodun verilməsi və daxil olan sorğuların cavablandırılması qaydalarını dörd ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməli, Xarici İşlər Nazirliyi isə İqtisadiyyat Nazirliyinin vahid səlahiyyətli orqan müəyyən edilməsi barədə Avropa İttifaqına üzv olan dövlətlərə, Norveç və İsveçrə tərəfinə müvafiq bildiriş göndərməlidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR