İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident onu təltif etdi

1496 06.07.2023 16:32 Son xəbər A A

Prezident İlham Əliyev SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya ilə bağlı sərəncam imzalayıb.

Musavat.com xəbər verir ki, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tamara İlyiniçna Sinyavskaya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Qeyd edək ki, bu gün Tamara Sinyavskayanın 80 yaşı tamam olur.

Xatırladaq ki, T. Sinyavskaya dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ və Azərbaycan Xalq artisti Müslüm Maqomayevin həyat yoldaşıdır. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR