İnsanlara hürriyət, millətlərə istiqlal!

Post-sovet respublikalarının “xroniki mərəzi” – sərhəd anlaşmazlıqları

792 24.07.2019 19:32 Siyasət A A

Tacikistan və Qırğızıstanın bölə bilmədiyi sərhəd xətti

Orta Asiyada yenidən gərginlik yaranıb. Bu dəfə qarşıdurma Tacikistan və Qırğızıstan sərhədində qeydə alınıb. Hadisəyə səbəb isə Qırğızıstan torpaqlarında yerləşən, ancaq Tackistana məxsus Vorux kəndində sakinlərin Tacikistan bayrağı qaldırması olub. Taciklərin bu hərəkəti Ak-Sai kəndində yaşayan yerli qırğızları qəzəbləndirib.

Bundan sonra hadisələr sürətlə inkişaf edib. Belə ki, əvvəlcə kəndlilər bir-birinə daş atıb, sonra isə silahlı toqquşma baş verib. Nəticədə qarşıdurma Qırğızıtsan sərhədçiləri də daxil olmaqla 14 nəfərin yaralnmasına, Tacikistan tərəfdən isə 1 nəfərin ölümü. 16 nəfərin yaralanmasına səbəb olub. Hadisədən sonra Ak-Sai kəndinin 315 sakini köçürülüb. Hazırda bölgədə vəziyyət gərgin olsa da, artıq hər iki respublikanın rəsmi qurumları müdaxilə edib, gələn həftə rəsmi danışıqların keçirilməsi gözlənilir.

Qeyd edək ki, bu, Tacikistan-Qırğızıstan sərhədində ilk hadisə deyil. 2018-ci ilin aprelində sərhəddə baş verən hadisə zamanı Üç-Dobo və Maçay kəndlərinin sakinlərinin bir-birinə hücumu nəticəsində onlarla insan yaralanmışdı. Bu ilin 3-14 martında Ak-Sai və Mehnedabad kəndləri sakinləri arasında toquqşma nəticəsində iki tacik ölmüş, bir neçə qırğız isə ağır yaralanıb.

Qırğızıstan və Tackistan arasında sərhəd problemləri sovet dönəminə, yəni 1980-ci illərə qədər gedib çıxır. Fərqanə vadisindəki sərhədlər dəfələrlə dəyişdirilib, üstəlik sovet dönəmində kolxozların digər respublikaların ərazilərində əkin sahələri icarəyə götürməsi özü ilə sərhəd anlaşmazlıqları da yaradıb. Bu səbəbdən Orta Asiyanın şərqində hələ də sərhədlər qeyri-müəyyən və mübahisəlidir.

Tacikistan və Qırğızıstan sərhədi ile ilgili görsel sonucu

Qırğızıstan və Tacikistan arasında 1992-ci ildə Kiyevdə sərhədlərin müəyyənləşməsi haqqında anlaşma imzalansa da, bu müqavilə sərhəd toxunulmazlığını təsdiqləyib. Lakin sərhədlərin bəzi hissələrində mübahisəli ərazilər hələ də var. Qırğızıstan və Tacikistan arasında 976 kilometrlik sərhəd xətti mövcuddur. Bu sərhədin 504 kilometri tərəflər arasında rəsmiləşib, ancaq 472 kilometrlik sərhəd xətti hələ də mübahisəlidir. Bu isə zaman-zaman iki respublika arasında gərginliyə səbəb olur. Ən böyük sərhəd münaqişəsi isə 2013-cü ilin yanvarında baş verib. Həmin il yanvarın 11-də baş verən toqquşmada Tacikistan ordusunun 6, Qırğızıstan ordusunun isə 5 sərhədçisi ağır yaralanıb. Bundan sonra hər iki hökumət sərhəddə baş verən anlaşmazlıq zamanı atəş açılmaması ilə bağlı razılığa gəlib.

Tacikistan və Qırğızıstan sərhədi ile ilgili görsel sonucu

Lakin indi Tacikistan və Qırğızıstan arasında ən böyük risk sərhədlərin içndə yerləşən anklavlardır. Hansı ki, ən son olaraq məhz Qırğızıstan ərazisindəki tacik anklav kəndində baş vermişdi. Tacikistanın Qırğızıstan ərazisində iki anklavı mövcuddur. Onlardan bir də Vorux kəndidir, hansı ki, sərhəddə yol tikintisi zamanı yaranıb.

Tacikistan və Qırğızıstan sərhədi ile ilgili görsel sonucu

Maraqlıdır ki, sərhəddə problem hər iki respublikanı narahat eləsə də, nədənsə sərhədləri dəqiqləşdirmək üçün çalışmırlar. Halbuki hər iki ölkə Çinlə sərhədlərini artıq rəsmiləşdirib. Sərhəd anlaşmazlıqlarının qalması bölgədə münaqişə riskini də yüksəldir. Çünki Tacikistan, Qırğızıstan və Özbəkistanın da ərazilərini əhatə edən Fərqanı vadisində 10 milyondan çox insan yaşayır. Bu insanların qırğızlar, ösbəklər, taciklər və digər etnik qrupları təşkil edir. Eyni zamanda bu bölgədə həssas dini vəziyyət mövcuddur, daha əvvəl də olduğu kimi hər an radikal dini qrupların ayaqlanması riski var.

Göründüyü kimi, sərhəd anlaşmazlıqları bütün keçmiş ittifaq respublikaları üçün ciddi başağrısıdır. Baş verənlər göstərir ki, məhz etnik, dini amillər, həmçinin sərhəd anlaşmazlığı istənilən an bölgəni bürüyən münaqişəyə çevrilə bilər. Belə görünür, sərhəd anlaşmazlıqları hələ uzun illər post-sovet respublikalarının başı üzərində “Damokl qılıncı” kimi asılıb qalacaq.

Kənan Rövşənoğlu,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR